Dillər, sözlər kainatlara bağlıdır

Bəşəriyyət nitqinin tarixən ilkin sözləri çoх qısa olsa da, mə’nalı olmuş və böyük də məntiq əsasında təşəkkül tapmışdı. Sözlər və bunları təşkil edən sait və samit səslər sanki kainatlardakı ardıcıl aхımlı hərəkətləri, onun və cisimlərinin ayrı-ayrı hallarını konkretlənmiş kod formaları ilə ifadə edirmiş və nitqin genişlənmiş, dolğunlaşmış indiki halında da bu хassə özünü saхlamaqdadır. Yə’ni, hər hansı bir səs ayrıca […]

Klassik poeziyamızda Nuh və Nuh tufanı

XÜLASƏ Məqalədə  uzun müddət  böyük müzakirə mövzusu olmuş Nuh və Nuh tufanı əfsanəsinin Azərbaycan klassik poeziyasında əks olunması konkret  faktlarla gösərilir. Nizami, Füzuli, Nəsimi, Şah İsmayıl Xətai, S.Ə.Şirvani və A.Bakıxanov kimi dühaların yaradıcılığına   istinadən aparılan təhlillər diqqəti cəlb edir.    Açar sözlər:   Naxçıvan,  Nuh peyğəmbər,  poeziya,  Nuh tufanı,  Nuhun gəmisi     Tarixi mənbələrdən məlum olduğu kimi, qədim Naxçıvanın  yaşının  […]

Azərbaycanın Naxçıvan bölgəsinin tarixi coğrafiyasına dair mənbə kimi

Orta əsrlərdə Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı məlumatlar verən mənbələrdən biri də alman hərbçi-səyyahı İohan Şiltberqerin 1394-ci ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuch”u və yaxud “Səyahət kitabı”dır. Avropa, Asiya və Afrikanın bir çox ölkələrində – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyada olan […]

Bir Neçə Söz

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və […]

Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya-Qobustan əlifbası –32 hərf: 9 sait, 23 samit

Fikrimcə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinin ardınca gəlir, lakin müstəqilliyi ilə fərqlənir. Onlar qohum oğuz-türk əlifbalarıdır.      Orxon-Yenisey əlifbası işarələrin sayına görə Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə “kasıb” görünür. Bu oğuz- türk əlifbası və ondakı işarələrin miqdarı barədə qəti mülahizə yürütmək mümkün deyil. Düşünürəm ki, hər iki oğuz-türk əlifbası son dərəcə qədim tarixə malikdir. Avrasiya məkanında Orxon-Yenisey əlifbası şərq, Gəmiqaya-Qobustan əlifbası […]

Həzrəti Nuhla xilas və ərazi

   Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.     Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.     Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.     İşıq, od, alov […]

Anaların səbri dağ yarar…

Səbr etmək … Nəyə səbr etmək və niyə səbr etmək?… Ana!!! Adı kimi özü də əziz olan bir varlıq. Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik. Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi? Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara. […]

Qaranlığın köksündə dəhşətli bir partlayış

Qaranlığın köksündə dəhşətli bir partlayış… Ətrafa dalğa-dalğa yayılan güclü işıq və istilik qarşısına çıxan hər şeyi yandırıb-yaxa, kül edib göyə sovura bilərdi, amma buna izin verilməmişdi, ixtiyarı yoxdu. Öz məcrasında üsulluca axıb gedirdi etiraz etmədən. Vəzifəsi yanaraq, külə dönərək can verməyə, ölərək dirilişə vəsilə olmaqdı. Sərt məzaclı olsa da, aciz varlıqlara qarşı olduqca şəfqətli idi. Gözlərini açdıqda ucsuz-bucaqsız qaranlığın qoynunda […]

Yüksəlişimizin iki qanadı- Məktəb və müəllim

Məktəb, əcdadlarımız çox vaxt ona “məbəd” demişlər. Çünki məktəb və məbəd – hər ikisi eyni vəzifəni – insan yetişdirməyi, insanı kamilləşdirməyi, insanı ən yüksək səviyyəyə çıxarmaqla ona əbədi səadəti qazandırmaq vəzifəsini yerinə yetirən müəssisə olmuşdur. Bu baxımdan məktəb damarlarımızda axan qan, ciyərlərimizə çəkdiyimiz hava, doyunca içib yanğımızı söndürdüyümüz su kimidir, onsuz  həyat mümkün deyildir… Ölkənin, onun əhalisinin gələcəyinin sağlam və […]

Ömür yolumda yanaşı.,

Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə  olaq. Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq. Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək. Günorta günəşi  zirvədə bizlə, birlikdə bilək. Günəşin qürubunu, onun bir də məhəbbətlə işıq saçacağını gözləyə bilək. Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək. Gedək elə bir yerə ki, külək […]

1 55 56 57 58 59 76