Amma Əmma Və Yaxud Lakin..

Print Friendly, PDF & Email

İşıq yaranışın özüdür, hər nə varsa yaranış boyu İşıqdandır, İşıqladır İşıqdan yaranış, İşıqdandır. İşıq Müqəddəs, İşıq Ali, İşıq yüksəliş, İşıq İlahiyyatın çox səlis ifadə dili, o dildəki kainat əlifbası boyu cəm kainatlarda İşıqdandır səsləniş! İşıq ayandır, İşıq aqibətdir, aqibət isə axirətdir axirət isə axır əhddir, çox səlisdir İlahi deyimlər, çox səlisdir, cəm Ağ geyimlilərə kainatların dilində deyilməkdədir, Ağ geyimli kainat əlifbası üzərində deyimləri qəbul etməkdə, var olduğu hər bir yaşam kürrəsindəki bəşərə çatdırmaqdadır. Dan yeri səhər deyil, sübhdür, sabahlar gələcək deyil, sabahlar gecikmiş aldadıcı zamanın əsrarəngiz, günəşin və ayın fokuslanmış halıdır. İnsan illüziya içərisindədir, insan zamanın döngüsündə il, ay, gün, dəqiqə və saniyələri tərsinə, yəni qərinələr boyudur ki, tərsinə sayır, ömrü sayır, günə baxır, günü sayır, amma və əmma ki, lakin bunu dərk edə bilmir ki, insan ancaq sayır ki, sayır. İnsan əks təsir qüvvəsinin günəş şüası altında geriyə getməkdədir, yəni sabahlar gələcək deyil, keçmişlərdəndir gələcəklər, insan sayır, əmma bilmir ki, o rəqəmsal olan kainatın say hesabatını hər gün sayır, yaşayır, hər nəfəsdə nəfsinin qulu olan ömrü əbədi bilir, amma sayır. Buraxsam, başını götürüb qaçar insan, yaxasından tutsam, əqidəsi silkələnər, ayaq saxla, dur, dayan, arxasınca onu çağırsam, tutub İsa kimi dar ağacına çəkər adamı, çox qəribədir insanlar, belə insanları öz mənfəətləri üçün sayır, əmma və lakin dəyişilməz kainatların rəqəmsallıq mexanizmasıdır ki, sayır insan, sayır, xəbərsiz yaşayır. Körpü olub Yunus kimi sızsam ürəyinə, körpümü sındırar, Yunusu dənizdə boğar, həqiqəti inkar edər, yenə qəlbimi qırarlar onlara hər dört mənliklərini açsam, adları ilə əvvəlindən onlara müraciət etsəm (səni də qırarlar, məni də, Yunus Əfəndi), onlar xəbərsiz hər dört varlıqlarından, axırıncı Axirətdə illüziya içərisində yaşamaqdadırlar (Yunus Əfəndi). İki qaşının ortasına baxsam, ruhu dillənəcək, gözlərinə məhəbbət, sevgi ilə baxsam, cismi yapışacaq canıma, əlimdən əl çəkməyəcək (Araz Əfəndi), qəlb evimizi sındıracaqlar, aramıza körpü salacaqlar, ondan yelləncək düzəldib əsabu şeir dünyamızı qaraldacaqlar (Araz Əfəndi). Gülümsə, çox gülməlidir, hərdən cəddinə sığın, ora müqəddəsdir, vallah, billah, özün özünü ziyarət et, axirətdir, axır əhdində özünə dua et, bəşər, hər dört mənliyin ilə qarşılaş, amma ki, əmma və lakin bəşər illüziya içərisindədir. Zaman döngüdə, o tindəki qara libaslı qadın ömür yoluma kölgə salmışdır, şüa ikən mən əvvəli ilkin göndərilişimdən məni məndən almış, insana ata, valideyn etmiş, İşıq ikən kölgədə gözü yaşlı qız uşağı nadan anası kimi İşığa, Şüaya qarşı çıxan oğul böyütmüşəm demək, Lişər. Yerin zamanı etibarı ilə bu zaman döngüsündən ruhani ali qalxışı, o zamandan uzaq an qalxışı başqa nə cür ifadə edə bilmək olar ki, Turqut? Cəm kainatların dilində səslənsən var olduğun hər yaşam kürrəsinə, hər bəşərə, cəm ətrafına necə olar, Turqut? O İşığın qəddi haqqı cəddin ortadan parçalanar, Yanar dağa tərəf gedəndə Atəşgah yolunda gah kırıxarsan, gah yıxılarsan, amma əmma və lakin sən altıncı yaddaşın maqqa -dan uzaq gəzirsən. Yunus, Araz, Lişər, bu Deyimlərdə bu üçünün adı çəkildi, görəsən nədən? Yunus kimi nur damlalarının altında qalmış dərinlikləri kəşf et. Araz yolu uzundur, uzun boylu boylan ətrafına, Araz səni mükafatlandıracaq. Lişər – İkinci axırıncı qayıdış göndərilişi sənin kölgəndən xəbərdardır. (Sən altılığın ilə İşığı kölgəyə çəkə bilməməkdəsən, çünki Şüaya yeddinci yaddaşının bəxşi olan ŞÜA! imkan vermir!) Birdən yeddiyə qədər məndə saymağa qərar verdiyim an baxdım gördüm ki, İlahi Səkkizdə sən dayanmısan! Özüm özümə sual etmədən əvvəl səndən çox ehtiyyat ilə soruşduğum an ki, bəs Səndəmi dayana bilərmişsən!!?? Sənin cavabın məni heyran etdi ki, bəs yaddaşlarını xatırla! İkinci böyük partlayışın xəbərdarı olmadınmı!!?? Cəm kainatlardan xəbər gəlmədimi!!?? Sənin Böyüklüyün Önündə! Baş Əyirəm! Hər bir varlıq yaranışına çox təmkinli, çox mehribanam, dişimi səbrim ilə əbədiyyətimə sıxır və sənə sığınıram! Onlar elə bilirlər bəlkə… DƏYMƏ! BURAX ONLARI ÖZ ƏHDLƏRİNƏ BURAX! DƏYMƏ! BURAX! AQİBƏTLƏRİ! AXİRƏTDƏNDİR!

 

Ağ Geyimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.