Yaranış haqqında söhbət 1,2,3 hissələr

SÖZÖNÜ Böyük Yaradanın Özünün Mərhəməti və Lütfündən Yеr üzünün bəşəriyyətinə Göndərdiyi Müqəddəs “Yaranış” Kitabı 1999-cu ilin mayında Bakıda çap еdilmişdir. Kitabda Böyük Yaradan Özü və Müqəddəsləri (Mələkləri), Kainatın, günəşlərin və planеtlərin, o cümlədən Yеrin quruluşu, hərəkətləri haqqında insanlara bilgilər Vеrmişdir. Burada Kainatın və bəşəriyyətin yaranışının ilkin və sonrakı çağları, fərdlərin canlılar aləminə gəlişinin və qayıdışının mə’na və mahiyyəti, həyatda davranış […]

Yaranış kitabı

BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN “YARANIŞ” KİTABININ Azərbaycan dilində latın əlifbası ilə ilk nəşri barədə bə’zi məqamlar: Bu KİTAB 1999 -cu ilin mayında Bakıda “Təhsil” Elm İstehsalat Mərkəzində-N.Tusi adına ADPU-nin Mətbəəsində (Bakı, Y.Hacıbəyov küçəsi, 34) 600 nüsxədə azkiril əlifbası ilə çap olunmuşdur. Latın əlifbası ilə ilk nəşri Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2023-cü ildə 240 nüsxədə ―Zərdabi […]

Kremlin memarı – Kərəmli

“Kremlin memarı – Kərəmli” əsəri real tarixi şəxslər və hadisələrlə yanaşı, müəllifin coşqun fantaziyası əsasında yazılmış tarixi povestdir. Kitabda Kremli tikmiş azərbaycanlı memar Əliş Kərəmlinin Moskva həyatı, o dövrün tarixi hadisələri, əhalinin məişəti, inşaat işləri, Əliş bəylə Anna xanım arasındakı sevgi və onun faciəli ölümü inandırıcı boyalarla təsvir olunur. Kitabda “Bir ömür hekayəsi” ilə “Allahın bəxşişi” adlı hekayələr də qürurla […]

Şahtaxtı toponimi haqqında el rəvayətləri və həqiqətlər

Şahtaxtı yaşayış yeri vaxtilə bir ucu Araz çayına gəlib çatan və Qarahasar deyilən böyük qala divarları ilə əhatə olunmuşdur. Rəvayətə görə Qarahasar Nuhun tufanından sonra, eradan əvvəl IX minillikdə mövcud olmuşdur. Qarahasar, yəni indiki Şahtaxtı kəndi Nuhun tufanın­dan sonra burada əmələ gələn yaşayış yeridir. Vaxtilə ərazinin qərb hissəsindən axan Asnı çayı Araz çayına qovuşurmuş. Bu çayın vadisinin mənbəyi yuxarıda Qalınqaya […]

NAXÇIVAN MAKROTOPONİMLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ

  Monoqrafiyada Naxçıvan ərazisindəki makrotoponimik sistemin oykonim, oronim, hidronimik adarın tarixi məlumatlardakı yeri, daşıdığı mənalar, bu mifik inancların əski mənbə və salnamələrdə yeri ətraflı tədqiq edilmişdir. Bu makrotoponimlərə daxil olan adlar arxiv materialları və qaynaq məlumatları əsasında linqvistik təhlilə cəlb edilmiş, qədim sözlər qruplaşdırılmışdır. Onların prototürk-Azərbaycan dili elementləri olduğu lüğətlər əsasında tədqiq edilmiş, dilimizin əski dövrlərinə dair yeni tarixi faktlar […]

Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. VI-III Minilliklər

  Kitabda indiyədək tədqiq olunmamış Naxçıvan əhalisinin etnogenezi, bu ərazidəki proto Azərbaycan tayfalarının m.ö. VI-III minilliklər tarixdəki yeri onların daşıdığı mənalar, mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq olunmuşdur. Monoqafiyada Naxçıvan MR ərazisindəki qədim tayfaların  adlarından yaranmış etnooykonimlər arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilmiş, etimoloji izahları verilmişdir. Adları əmələ gətirən sözlərin dövrləri dil və tarixi yöndən müəyyənləşdirilmiş, onların proto […]

“Mirişli ocağının İşığı!” kitabı

Sizə təqdim olunan bu kitabda Naxçıvandakı Mirişlilər nəsli və həmin nəslin ən bariz nümayəndələrindən biri görkəmli həkim – ziyalı, müəllim-pedaqoq, doktor Adil Mirişli və həmin nəsil barədə materiallar toplanmışdır – həm Mirişlilər nəsli həm Naxçıvanda yaşayaraq dünyaya yayılan həmin nəslin nümayəndələri, həm də onlar barədə diğər şəxslərin yazı materialları öz əksini tapmışdır. Mirişlilər ailəsi bu kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə […]

Naxçıvan Əhalisinin Etnogenezi Tarixindən M.Ö. II-I Minilliklər

Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisindəki əhalinin etnogenezində m.ö. II-I minilliklərdə iştirakı olmuş, indiyədək dövrlərə görə sistemli tədqiq olunmamış proto Azərbaycan tayfalarından bəhs olunur. Burada Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, adların daşıdığı mə`nalar, onların mifik inancları, əraziləri, əski salnamələrdəki yeri ətraflı tədqiq edilir. Monoqrafiyada Naxçıvan ərazisində bu tayfa adları ilə yaranmış etnooykonimlər qədim arxiv və […]

Hüseyn Cavid Əsərləri

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və […]

Ramiz Dəniz – Brazilyanın müəmmalı kəşfi

“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedru Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin əraziyə Pedru Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə […]

1 2