Yaranış kitabı

BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN “YARANIŞ” KİTABININ Azərbaycan dilində latın əlifbası ilə ilk nəşri barədə bə’zi məqamlar:

Bu KİTAB 1999 -cu ilin mayında Bakıda “Təhsil” Elm İstehsalat Mərkəzində-N.Tusi adına ADPU-nin Mətbəəsində (Bakı, Y.Hacıbəyov küçəsi, 34) 600 nüsxədə azkiril əlifbası ilə çap olunmuşdur.
Latın əlifbası ilə ilk nəşri Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2023-cü ildə 240 nüsxədə ―Zərdabi Nəşr‖ MMC nəşr olunub. Hazırki 100 nüsxədə
nəşr oxucuların arzusu və onların vəsaiti ilə çap olunur. KİTABIN ilk səhifəsində belə bir mətn gedib: “BÖYÜK YARADAN DEYİMLƏRİNİ yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu.”
Deyimləri yazıya gətirən Vahid Rzayevin (22.04.1947 – 21.09.2018) Həmin KİTABIN Mətnlərini özündə əks etdirən (azkiril əlifbası ilə) -öz dəst-xətti ilə yazılmış əlyazma mətnləri -dəftərləri mövcuddur. Həmin mətnlər olan dəftərlərin əsli tərəfimizdən Azərbaycan Respublikasının Milli Dövlət Arxivi İdarəsinə təhvil verilmişdir. –Fond 183. Bütün dəftərlərin, materialların foto variantı “AqRA” Elmin İnkişafına Dəstək ictimai birliyinin (AqRA EİDİB) arxivində elektron formatda saxlanılır.
2018-ci ilin may -iyul ayları arasında Vahid Rzayevin səhhətində problemlər olduğu dövrdə -bizim xahişimizlə O bizə bir neçə flaşkart və disketlər təqdim etdi, bundan başqa 2015 -2018 -ci illər ərzində Fb sosial şəbəkəsində gedən yazılarını bir yerə toplayıb Özünün adlandırdığı “İŞIQ, ZƏRRƏ” adlı elektron Kitab formatına saldıq.
Vahid Rzayev dünyasını dəyişdikdən sonra isə, (21.09.2018) Onun şəxsi arxivi “AqRA” EİDİB -nin üzvləri və ailə üzvləri ilə 149 birgə araşdırıldı (2019-cu ilin ilk üç-dörd ayı -Naxçıvan şəhərində) “YARANIŞ” KİTABININ və Həmin Kitabın açıqlamalarına xidmət edən digər Kitablarının və müxtəlif materialların həm elektron variantları həm də 12 ədəd əlyazma dəftərləri 12 ədəd səs yazılı kasetləri ilə tanış olduq.
Oxucuların diqqətinə təqdim olunan “YARANIŞ” KİTABININ hazırkı mətni Vahid Rzayev və Fikrət Rzayev (1936 -2013) qardaşları tərəfindən hazırlanmışdır (Mətnlərin korrektoru “AqRA” EİDİB -nin İH -nin Üzvləri Həsən Yəhya oğlu İsmayılov və Mirələkbər Seyidovdur.).

“YARANIŞ” KİTABI Həzrəti Zərdüştün “Avesta”sının təkmil variantı -Vahid Rzayev Həzrəti Zərdüştün davamı -davamçısıdır.

YARADANDAN belə bir deyim var:
“Bu, Elmdir, din deyil, İlahiyyata Elmdir, din deyil.
Göndərən Mən, Deyən Mənəm. Bəşəriyyətə Göndərən Mənəm. Deyimləri deməyə onu Seçən Mənəm, -sən deyilsən.
Bu Əvvəldir, son deyil; Bilgilərin qədəridir. Bilgilər məhdud deyil”.
Vahid Rzayev, Fikrət Rzayev “YARANIŞ” Haqqında söhbət lll hissə” Kitabından, səhifə 141.

Qeyd:
“AqRA” EİDİB -nin www.aqra.az adlı övraqında “YARANIŞ” KİTABININ dərc edilmə ardıcıllığı:
-azkiril əlifbası ilə 25.04.2019;
-azkiril əlifbası ilə foto formatda 26.04.2019;
-azlatın əlifbası ilə 28.04.2019.
“AqRA” Elmin İnkişafına Dəstək ictimai birliyi adından:
Mirələkbər Seyidov, Turqutbəy Rza-ZADƏ,
Həsən İsmayılov, Təvəkkül Vəliyev, Zeynal Rzayev.

Kitabı Yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir