Bu gün Azərbaycan İncəsənət xadimi, tanınmış şair Adil Qasımlının  doğum günüdür.

Bu gün Azərbaycan İncəsənət xadimi, tanınmış şair Adil Qasımlının  doğum günüdür. Bu münasibətlə “Ovqat.com” 86 yaşını bu gün tamam edən şairi  təbrik edir, haqqında yazılmış məqaləni və şairin yeni şeirlərini öz oxucularına təqdim edir.                     Hər bir yaradıcı şəxsin öz ədəbi taleyi olur. Bəzi məqamlarda bənzərlik olsa da, ümumən hər bir […]

Azərbaycan miniatür sənətinin təşəkkül tarixi

Orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən […]

“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO

“Sənət adamı sənətsiz qala bilməz. Bu mümkün olan bir şey deyil. Bu bilirsiniz nəyə oxşayır? Sən bir adamla 50-60 il dostluq edirsən, amma bir yerdə oturanda onun haqqında danışmırsan. Sənət də bizim dostumuzdur. Əlbəttə ki, bu gün cavanlıq illərindəki kimi sənət eşqi, sevdası qalmayıb. Bu heç mümkün də deyil. Bütün söhbətlərimin əvvəli sənətlə başlayıb, sənətlə bitir. Demək olar ki, 2012-ci […]

Dairə konseptual işarə kimi

Dünyada elə bir xalq yoxdur ki, onun mədəniyyətində rəqslər olmasın. Rəqslər hər xalqda istər məzmun, istər xoreoqrafiya, istərdə də tarixi baxımdan həm ortaq, həm də fərqli xüsusiyyətlərə malikdirlər. Solo rəqslər, təkcə kişilər və qadınlar tərəfindən ifa edilən rəqslər, eləcə də kütləvi rəqslər fərqli qütblərdə yaşayan müxtəlif xalqların rəqs incəsənətində mövcuddur. Həmin rəqsləri hər xalq özünün temperamentinə, adət-ənənəsinə uyğun tərzdə ifa […]

Alim ömrünün işığı

Nədənsə onu görkəmcə Kəlbəcərin əzəmətli dağlarına bənzədirəm. Əslində heç bilmirdim kəlbəcərli olmağını, orada doğulmağını. Yaxın vaxtlarda  bunu öyrənəndə bir daha yəqin etdim ki, insan elə doğulduğu yurdun özünə bənzəyərmiş. Yurd havasının, suyunun saflığı mənəviyyatına hopub. Təbiətindəki məğrurluğu, vətən, el-oba sevgisini də o yerlərdən əxz edib sənətşünas Nizami Alıyev. Ömrünün 40 ilə yaxın bir dövrünü Naxçıvanda yaşayan alim Naxçıvan təbiətini qarış-qarış […]

Elman Cəfərov 70

     CƏFƏROV ELMAN MƏHƏRRƏM OĞLU – Rəssam Heykəltaraş 1951 ci ildə Naxçıvan şəhərində anadan olmuşdur – orta təhsilini Əkbər Ağayev adına internat məktəbində almış, orta təhsilini başa çatdırıb 1968 ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olmuş, 1972 ci ildə texnikomu bitirib Naxçıvan şəhərinə qayıtmış və əmək fəaliyyətini və yaradıcılığını Naxçıvan şəhərində davam etdirmişdir. 1975 ci ildə Azərbaycan Dövlət İncəsənət […]

Dilənçi zənn edib qarşısına pul atdılar

Dilənçi zənn edib qarşısına pul atdılar, sevdiyi qadın onu rədd elədi, öləndə Fəxri Xiyabana qoymadılar – Ailəsiz, diplomsuz, talesiz Səttar Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrn 15-də Bakının Əmircan kəndində anadan olub. Bəhlul kişi elə həmin ilin yanvar ayında itirdiyi Səttar adlı oğlunun adını yeni doğulmuş körpəyə […]

Əkrəm Məmmədli – Azərbaycan muğamları

Ön söz       Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. Bakıda təhsil almaqla gənclik illərində əmək fəaliyyətinə də bu şəhərdə-Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist-tarzən, dirijor və bədii rəhbər kimi […]

Əkrəm və Kənan Məmmədlilərin nota aldığı Naxçıvan – Şərur el yallıları

Azərbaycan Naxçıvan yallıları    Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.     Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.     Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.   […]

Musiqişünas Jalə xanım Qulamova barədə

Jalə Elman qızı Qulamova 1973-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan  Musiqi  Texnikumunun  «Nəzəriyyə» şöbəsində, 1992-1997-ci illərdə isə Ü.Hacıbəyov  adına  Bakı Musiqi Akademiyasının «Tarix- nəzəriyyə» fakültəsinin «Musiqişünaslıq» şöbəsində təhsil alıb. 1990-1997- ci illərdə Naxçıvan  şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim, 1997-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində baş müəllim, 2003-cü ildən AMEA-nın Naxçıvan  Bölməsinin  «İncəsənət, […]

1 2 3