Daha bir Alimimiz Oruc İbadlı dünyasını dəyişdi

Print Friendly, PDF & Email

O çox sadə və zəhmətkeş alim idi, bağda fəhlələrlə bərabər işləyirdi. 

Bir gün əlində bel, yorğun-yorğun bağda gələndə qarşısına tanınmış (Xalq….) yazarlardan biri çıxır. Ona salam verir, həmən şəxs eşitmir, ya üst- başına baxıb onun salamını almır. O acıqlanıb deyir:

– A kişi, salam ALLAH salamıdı, niyə almırsan? Televizorun içindən camaata elə danışırsız ki, elə bil mələksiniz. İndi salamı almırsan. 

– Əşi, get işinlə məşğul ol, eşitmədim də, indi məni öldürəcəksən?-həmin şəxs saymazyana cavab verir.

– dayan, indi işimlə məşğul olacam.- deyib, bağın mühafizəçilərini çağırır.

Mühafizəçilər gəlir. Onlara tapşırır:

– neçə ki, mən burada direktoram, bu adamı bağa buraxmayın. Harada şikayət edir, etsin.

Yazar mühafizəçilərin izahından sonra anlayır ki, o bağn direktoru, AMEA-nın müxbir üzvüdür. Gülümsəyib:

– Bağışlayın, Sizi tanımadım.- deyir. 

Sonra nə qədər üzürxahlıq etsə də, O deyir:

-Mən səni üç səbəbə görə bağa buraxmaycam. Birincisi salama, ikincisi də fəhlə bilib saymazlıq etdiyinə görə. Üçüncüsü də televizorun içində bir cür, çölündə başqa cür olduğuna görə…

İndi hər ikisi haqq dünyasındadırlar, ALLAH rəhmət eyləsin.

Azərbaycanın tanınmış alimlərindən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü mərhum Oruc İbadlını anım günü münasibətilə hörmətlə yad edirik.

Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur.

200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıq, xalq təbabəti ilə məşğul olmuş, müalicə bitkiləri silsiləsindən “Zəfəran”, “Əzvay”, “Soğan”, “Qulançar və ya mərəçüyüd”, “Çiriş”, “Gülçülük” və s. kitablarını oxuculara təqdim etmişdir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplamışdır. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı uğurlara görə dəfələrlə Azərbaycan MEA-nın fəxri fərmanları ilə təltif edilmişdir.

Sadıx Qarayev

Mənbə: https://www.facebook.com/share/eubpi2u7t9agccYN/?mibextid=oFDknk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.