Düşün, Əfəndim!

Print Friendly, PDF & Email

Düşündükcə düşüncələri qəti görmüş olursan ki, fikirlərdir əslən sonsuz olan, düşüncənin qətiyyəti deyil. Düşündükcə görürsən ki, qətiyyən insan oğlu sonsuz fikirlər arasından göy üzü uca səmalarda sayrışan o ulduzlar kimi İşıq sürrətinə əbədiyyən qalxa bilmir. Bəli, düşüncədir insanı dərkiyyata çatdıran, bəli o uca səmavi göylərdəndir bizlərə sayrışan İşığın qətiyyət dərrakəsi ki, sağlam düşüncələr sadəcə və sadəcə İşıq sürrətində yer almışdır. Bəzən insan zaman deyər, bəzən ömür, taleh, qismət deyər, bəli, çünki hər sayrışan ulduz kimi o İşığın sürrəti hər insan beynində əbədiləşə bilməz. İnsan oğlu onun üçün əbədiyyən İşığa qalxa bağlana bilmir ki, zaman və ömür eynən paralel döngünün içərisindədir. Zamandan ayrılan an düşüncənin qətiyyətidir ki, bəli, orada əbədiyyən İşığa qalxış vardır, o an zamandan və məkandan ayrılmış olursan ruhən. Düşüncələr -düşüncələr, sağlam düşüncələr, gör sən nə qədər ali və müqəddəssən ki, sənə bir dəfə bağlanan ruh oradan ayrılmaq istəmir. Gör sən nə qədər ali və müqəddəssən ki, var olduğun yer kürrəsinin ətrafında İşıq sürrəti ilə sayrışan ulduzlar kimisən. Bəli, gör sən nə qədər ali və müqəddəssən ki, insan sağlığında zaman və ömür-zaman döngüsündə var olduğu bəşər arasından sənə bağlananda görürsən ki, gör nə qədər günahkarsan insan. Yalnız o an o sağlam düşüncənin sənə ayrılmış an işığın anında sənə çatır ki, özünü kənardan görə bilirsən, günaha batmış mundar vücudunu kənardan görə bilirsən. Düşüncənin qətiyyən anından baxaraq görürsən ki, o an var, vardır o an ki, insan bir o an düşüncənin əbədiyyətinə qovuşa bilir, yəni can verən anı insana bax, insana, gözlərə bax, gözlərə ömür və taleh zaman içərisindən yekunlaşır insan. Sağlığında sağlam iradəyə sahib olmaq o İşığın anında əbədiyyən seçilmiş Paklılara aiddir, zaman və döngü içərisində fır-fırıldaq, nadan fikirləri qarışıq bəşər alnının qırış izindən bəllidir. Allah qatında gərək alnı açıq olasan, eyy insan, vergül verib bu ömrü-nöqtəni mənəm-mənəmliyində başa vurmayasan. Allah qatında Allah adamı gərək olasan, eyy insan, İşıqdan sayrışaraq aranıza bəşərə düşmüş Paklılarına sahib çıxasan, məhv etməyəsən, bəşər. Düşündükcə görürsən ki, Vallah, tarixə min illiklərə dönüb baxıb xatırlayıb İşıq yaddaşında başa düşürsən ki, sən daşa-divara demisən nə demisənsə, elə bil min illiklərə nəzər salıb sadalayıb bütöv göndəriliş Paklılarına baxıb görürsən ki o zavallılar daşa-qayaya demiş sanki bütöv müqəddəs sayrışan İşıq deyimlərini. Bəşər niyə əbədiyyən müqəddəs An -a bağlana bilmir!!?? Çünki onun mənəm-mənəmlik qürrəsi fikirlərində yer almışdır. Hər bəşər niyə ali ola bilmir!!?? Çünki hər bəşər dərk edə bilmir ki, Böyük Yaradanımız cəm yaranışını belə fikirləşib belə sonsuz yaradıb ki, getsin düşünsün hər yaranış. Böyük Yaradan hər yaranışına düşünə bilməyi üçün o uca göy səmalarda İşıq sürrəti ilə sayrışan ulduzlara bağlana bilməyi üçün dərkiyyat vermişdir. Böyük Yaradan qatında dərkiyyatsız yaranış yer ala bilməz, mümkün deyil, dərkiyyatda İşığa, o müqəddəs An -a bağlanan bütöv yaranış canlıdır, cansız deyil, çünki o anda sadalayaraq düşüncələri görürsən ki, səni məzara aparan tabutun da canlı ağacın, əbədiyyən yaranışın müqəddəs yaddaşıdır, yaranışa sübutdur, müqəddəsdir. Düşün, bəşər, düşün sənin fikirləşməyə haqqın çatmaz, fikirlər sonsuzdur, sənlik deyil. Mənəm-mənəmlikdən uzaq ol, qürrədən, şandan-şöhrətdən uzaq ol, bəşər, onların heç biri əbədi deyil. Çevir üzünü o ucalığınla, müqəddəs düşüncələrin ilə sayrışan ulduzlara bax. Bəşər, o sayrışan ulduzlara baxıb uçdu dedi, onları ulduz olaraq adlandırdı. Bəşər min illərdir dərk edə bilmədi ki, sağlığında sahib çıxmadı heç bir (Paklıya, Peyğəmbərə) onlar da bir-bir uçdu, quş oldu, əbədiyyən İşıqlarına qovuşdu getdi. Düşüncənin qətiyyəti səni dərkiyyatda zirvəyə çatdıra bilər, sağlam ruhun səndə, sinəndə şaxələnib səni İşığa, əbədiyyətə qaldıra bilər (Öyrənmək və Bilmək! İstəsən Əgər! Bu -şər! Bəşər!) Hər bəşərə işıq qatından o əbədiyyətə bağlanaraq baxdıqda görürsən ki, fikirlər onları azad etmir, hər bəşər, hər insan fikirlidir. O ucalıqdan baxdıqda görürsən ki, bəşəriyyət bütləşmiş, (Kütləşmiş!) insanlara baxdıqda görürsən ki, ruhu getmiş, yerinə heykəlini dikmiş! Qədim yunan heykəltəraşlarının əl izləri çox qəribədir, elə bir heykəl görə bilmədim ki, orada fikirli bir heykəl olmasın. Bu yunanların həpsi böyləmi düşüncəlidir, əfəndim!!?? İşığı məndən aparmış, böyləmi fikirləşir, əfəndim!!?? İşıq əbədidir, o pastulatdır, o ilkdəndir, ilkdir, əzəlidir, əzəldir, Böyük Yaradanın Özü! Belə məsləhət buyurub, sonsuz əbədiyyən fikirləşib seçdiyi Avesta mənimdir, mənimkidir! Bu Deyimlərin həpsi çox elementardır! Əfəndim, demək də böyük istedad tələb edir! Çünki tarix və irq, düşüncənin əvvəli-əzəli mənim, hər iki bayrağımın üzərində şaxələnən (Bax o aydır! Paradır! Həmin sayrışan ulduzlardır!) Düşünüb də! Əfəndim! Bu mətni yazaraq dedim ki, İlahi, ayırma ordan məni! Sonra gülümsəyərək xatırladım ki, seçən seçib əvvəlindən ora özünə bağlayan bağlayıb səni. Bir cəfadır, bir ömürdür, bizimkisi də bir quru candır, sağ əlimizdə içi nimdaş dolu əlbisələrdir (çamadanımızdır.) bizimkisi. Sizinki bizimki, hər ikimizinki hər bəşərdə, hər dövürdə, hər zavallının taleh, ömür qədərində ünvana gecikmiş qatardır bizimkisi. Bu da belə həyatdır, əslində hər bəşərdə, hər yaddaşda biri-birinə oxşarlıqda, eyni quruluşda, eyni yaddaşda, zillət içərisindəki ömürdür bizimkisi. Düşünüb də, əfəndim! Səninki fikir, mənimki düşüncə, bax buradadır hər ikimizin fərqi, ƏFƏNDİM! (24.04.2024)!!!!

Ag Geyimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.