Dünya Saatları Sabitdir!

Print Friendly, PDF & Email

Dünya saatları sabitdir, bütöv Yer kürəsi boyu ərazilər İşığa bölünmüş, İşıq istiqamətində sabitdir. Yer Günəşin və Ayın peyki ilə hesablanaraq ərazilər boyu saatlara bölünə bilər. Lakin və yaxud gözü İşıqdan baxanın birbaşa Günəş ikən Günəşdəki hər bir İşığın An partlayışı sabitdir. Günəş sabit İşığın əfəndisidir, onun daxili kürə boyu İşıq hesabatında zaman mövcud olmadığı üçün Günəş hər bir An etibarı ilə hər partlayışında zamana sığmaz Anın qüvvəsidir. Günəş İşığı Yer kürəsi boyu ərazilərimizi daxili Günəşin An partlayışı ilə işıqlandırar. Fəlsəfə ilə də bu həylə qəbul olunur ki, daxili heç bir qüvvənin xarici onun nüvəsi qədər sabit ola bilməz. Nüvə sabitdir, İşıq nüvədən İşıq paylıdır, Günəşin bizə hər düşən İşıq qədəri o Günəşin daxilindəki nüvəsindəki An partlayışları ilə bütövlükdədir. Yer kürəsi boyu sübh, səhər, günorta, axşam, gecə olaraq adlandırdığımız və o abu-hava ilə yatıb durduğumuz heç bir zaman İşığın Anına sığa bilmir. İnsan oğlu gecəyə gecə, gündüzə gündüz deyərək yuxulayır, hələ-hələ yatıb durandan sonra biri-birilərinə günaydını da əksik bilmir. Böyük Yaradan mürgüləməz, nəinki yatmaq, O öz daxili İşığını hər An yeni partlayışları qədər böyüdür, hər An yeni yaranışlarına qədəm qoyur. Yəni ki, sizlər insan oğlu cəm bəşəriyyət boyu bu Yer kürəsinin dünya sakinləri hər səhərə səhər, hər gecəyə gecə kimi baxır və onu elə zamanlaşdırır. İşıqda zamanlaşma mövcud deyildir, zamanlar cəm bəşəriyyətlərə aiddir, o bəşəriyyətlərə ki, onların yenidən törəməsi və olduğu kürədən elə köçüşü də zamana bağlıdır, bəşər zamanlaşdırır. Bəşər kordur, bəşər ona görə kordur ki, öz müvəqqəti ömrü qədər hər bir qavramı və həyat yolunu zamana zamanlaşdırır, mühitə mühit kimi ayaq uydurur. Mühit çərçivədir, yumurta kürədir, toyuq kölgədir, xoruz səhərdir, sübhdür, onun səsi sübhə işarədir, hər yumurtadan çıxan elə eyni zamanlaşmış bəşərdir. Dünya saatlarının heç bir fərqi yoxdur, əgər ki, sən İşıq istiqamətində Günəşin An və anlıq partlayışlarından agahsansa və o sabit İşıq xətti üzrə iki qaşının ortasından ora bağlısansa. Müqəddəslik də eynən belədir, müqqəddəssən ki, haa… sən cəm yaranışın o Anın İşıq sürrətinə çataraq kaimilləşirsən, yəni səni ora çatdıran aparır, o kanala bağlayır, deyir ki, haa… de, sən oradasan demək Kİ!!… Qardaş, o RA -lardan başqa necə demək olar ki!!?? Qardaş, o RA -lar! AN -a bağlı deyilmidir!!?? Bəli, oralar An -a bağlıdır ki, insan cəm vücudu, ruhu, əqidəsi boyu yüksəlir, o Anda cəm ətraf mühit çərçivəsini qırmış olur, ruhən zamanlaşmış bəşəriyyətin zaman ölçüsündən uzaq olur. Baxar ikən İşıq gözündən təvəzökarlığın simanda ayparadır, gülər ikən günə baxanda, o da sənə baxanda, Vallah, yenə də ay paradır, il paradır, bəli, paradır bu bəşəriyyət, zamanlamış, arxası üstə yıxılmış torpağa paradır, yarımçıq qalan hər bir ömrün yenidən sırtıq kimi gəlişinin parasıdır! İşıq qatında hər nə varsa, o bütövlükdə nə qədər cəmlik vardırsa, açıq-aydındır, heç bir çərçivəyə sığmaz İşığın səlis axışı zamanlaşa bilməyən İşığın sabitliyidir. Bəli, bu cəm kürə yaranışlarının quruluş mexanizması əvvəli böyük partlayışdan belədir ki, haa düşün ki, insan oğlu, heç olmasa başını qaldır, sən də öz Günəşinə bax ki, o Günəşi var olduğun kürəyə bəxş edən vardır. Böyük Yaradan! Cəm kürə, yəni planetlər yaranışı boyu heç bir planeti gözü kölgəli buraxmamışdır, o yaranışlarını öz başına buraxmaz! İnsan oğlu, sən hər dəfə Günəşin İşığını gördüyün An, o əl-üzünü yuduğun An o suya dua et, dön ətrafına, mühitinə, ruhunun çərçivələnmiş dörtlü varlıq yaddaşlarına bax və varlığına dua et, sən dua et ki, su yaddaşdır, su ilə paklan, ailənə-səndən sonra törəmə oğul-qızına, nəvənə bax, gözü kölgəli bax və o suya dua et ki səni də, onları da bu kürə bağışlasın. Əbə qardaş! Gələn özünü yıxıb bu dünyanın üstünə, hələ -hələ elə həyləcə sırtıq kimi ömründən, taleyindən şikayət edir, hələ -hələ o zəhrimar cahil özü də ən alçaq cahil fikirlərindən şeir yazır, elə, vallah, ancaq Allahı borclu çıxardır, ömründən-günündən şikayət edir, əbə qardaş, rəssamlar şiddəti təcəlla edir, əbə qardaş, heykəltəraşın heykəllərinə bax, hammısı özü kimi fikirləşir, insan oğlu sabit və sadiq İşıq xətti üzrə istiqamətini itirmişdir! Əsəbləşdim bax! İnsan həylə elə həyləcə oturub bu dünyada, əbə bəsdir da, şikayət edir, Aya, Günəşə, torpağa, zəlzələlərə şikayət edir! Tufanları unudub e… bu bəşər çoxdan unudub! Qursağında qalsın, elə həyləcə Ayın para qalsın, elə yarımçıq İşığın nümayəndəsi kimi İşıqdan aypara qalasan səni, qursağın ömrünə sabit qılınsın, qursağın sənə, zamanlaşmış zamanına, Azrailinə sübhün qılınsın ki, 124 min deyilən yerdə yaddaşına, tarixinə gülümsəyirəm! Əziyyət verdiyin 124 mindən artıq hər dörtlü həyat yolunda sağından-solundan keçən bütöv Paklıların İşıqları sabit idi, onların elə həyləcə hər adları özünə məxsus olduğu kimi hətta əmi oğlu, dayı oğlu, xala oğlu və yaxud öz doğma qardaşın kimi sənin ətrafında idi, sən görə bilmədin, bəşər, gora basdırdın 124 mindən artığını bəşər! Sabit günəşin enerji payıdır o istiqamət, səlis İlahiyyat Elminin İşıq xətti üzrə sürrətinin ümmətinə bağlıdır, yəni ki, o İşığı İşıq ümməti ilə Günəşə, İşığa mehribanlıq ilə görə bilsən əgər, deyərdin ki, elə həyləcə, Vallah, nəinki qohum qanından birisi elə o hər dəfə üzünə baxmadığın qonşun Allahın elçisi imiş məgər…

Səlis yaşa, qeyri-səlis deyil!
Muqaddas yaşa, gözü kölgəli yox!
Səlis olmayan heç bir elm elm deyil!
Qeyri-səlis Lütfüzadə idi! Görmədin!
Səlis deyimlərin əvvəli! Cavid idi!!!…
Süleyman padişah! Turana yaddaş idi!
Cavidin qızı İşığa sahib əfəndi idi!!!…
Lütfü zadədir, o uzaqlarda şəfəqdir!

Vahid Rzaev! Azər! İlahiyyatının banisidir!

Ağ Geyimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir