Camal Mustafayev Fəlsəfi-tarixi araşdırmalar

Print Friendly, PDF & Email

Hörmətli oxuculara təqdim edilən bu kitab professor Camal Mustafayevin son illərdə tamamladığı araşdırmaları ehtiva edir. Bu əsərlərdən “Fəzlullah Nəiminin izilə”, “Nəsiminin açılmamış sirləri” “Xəzər-xəbər” jurnalında nəşr edilib, maraqla qarşılanıb. Müəllif orta əsrlərin nadir türk qaynaqları əsasında Nəiminin, Nəsiminin fəaliyyəti, taleyi haqqında tarixi həqiqətləri ilk dəfə üzəçıxarıb. Bundan başqa, Nəsiminin şeirlərində sirli nöqtələri daşıdığı mənalara müvafiq olaraq sistemli açıb.

Kitabda təqdim edilən “Zərdüştlük Avropa fəlsəfəsində” araş dırması daha zəngin mövzuya həsr edilib. Yunanların Zoroastr adı ilə tanıdıqları Zərdüştün İşıq, Xeyir idealı yayan təlimi onların fəlsəfi inkişafında gerçəkdən tarixi rol oynamışdı. Sonralar xüsusən alman fəlsəfəsinə həqiqətən faydalı təsir etmişdi. Müəllif bütün bu tarixi xeyli müddət davamlı izləyib. Bu əsər Şərq-Qərb fəlsəfi təmaslarının başlanğıc mərhələsini öyrənmək baxımından əhəmiyyət daşıyır.

Müəllif digər bir tədqiqatında “Aşıq Ələsgər irsində sufilik” mövzusunu incələyib. İlk dəfə yazılan bu araşdırma Aşıq Ələsgərin dünyagörüşü haqqında təsəvyürləri dəyişir, zənginləşdirir.

“Qalib gələcəkmi cahanda kamal?” mövzusunda Səməd Vurğunun “İnsan” dramında filosof Şahbazın məşhur fəlsəfi sualı araşdırılır. Bu sual idraka inam, sülhə, əmin-amanlığa çağırış mənasında açıqlanır.

Camal Mustafayev

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.