Qadir Əliyev “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq ” kitabına giriş

Genetik kökləri tarixin dərin qatlarına gedib çıxan yeraltı sərdabə və uca yerüstü tutumdan qurulan yığcam planı, vertikal kompozisiyası, dinamik bayır quruluşu ilə seçilən qülləvari türbələr XI – XII yüzillikdə Azərbaycan memarlığında üstün yer tuturdu. Təxminən 850 il bundan əvvəl Orta əsr Müsəlman Şərqinin böyük memarı, Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı memarlıq abidələri həmin dövr müsəlman […]