Oxu tar, oxu tar, Səni kim unudar?
Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha […]