Xaldır, Xaldan – Xalçadır, O, bir Kitabədir..

Ümumiyyətcə Xalça sənəti, Peşəsi çox-çox Qədim, Yer üzündə ilkin, “təsviri sənət”, məktəbinin əvvəli və növüdür! Çünki, çox əminliklə demək olar ki, bu ilk “Təsviri sənət”, üslubu, məktəbi, Azərlərə-Azərbaycana aiddir, məxsusdur! Çox sadə bir məntiqə əsaslanaraq, demək mümkündür ki, tək “Xalça”, Söz birləşməsi, Sözü, “Xal”, “Xal-Xal”, Tək-tək, İlmə-ilmə ilə vurulan, biri-birinə, hər bir (yenə də, xal-cıqlar), ilmələmə üslubu, nəticədə isə, təsvir Texnologiyasına görə, müxtəlif balaca […]

Heç bir hal, bilinmədən olmurlar

Qəribə və mütləqdirlər, Gözlə, Düşüncə, çox xətalı bir, “Şahiddirlər!”. Heç vaxt demədim, düşünmədim ki, “mən nə etsəm, heç kimin xəbəri olmaz, bilinməz, ancaq mən bilərəm!”.  Hər nə etmiş olsam, “o hal” – mənim Göz yaddaşımda qalar, hər nə etmiş olsam o mənim Yaddaş hücrəmdə qalar! Niyə belə qurulubdur, bütün Yaddaşlar? Təsəvvür edək ki, bu Aləmdən, O, Aləmə getmişəm, qovuşmüşam!    Qayıtdığım […]

Zəhmətsevər, işgüzar müəllimim Südabə xanım Süleymanova barədə

Süleymanova  Südabə  Həsən  qızı  10 oktyabr  1950-ci  ildə  Naxçıvan şəhərində  ziyalı  ailəsində  anadan  olmuşdur.  O, 1956-cı  ildə Naxçıvan  şəhərindəki  C.Məmmədquluzadə  adına  2 № li orta  məktəbin birinci sinfinə getmiş, 1966-cı  ildə isə həmin   məktəbi  müvəffəq qiymətlərlə  bitirmişdir. 1967-ci  ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Kitabxanaşünaslıq və biblioqrafiya” fakül-təsinə qəbul olmuş, 1971-ci  ildə  bitirmişdir. 1971-ci ildə sentуabrın 1-dən “Xalq Yaradıcılığı Evi”ndə metodist, […]

Nobel mükafatı almış ilk və tək azərbaycanlı

Azərbaycan cəmiyyətində bu insan haqqında o qədər də maraqlanmırlar. O, Şərq mənəviyyatlı Qərb təfəkkürlü bir insan olmaqla bir növ Azərbaycan düşüncəsini özündə əks etdirib. Çünki Azərbaycan da Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşdiyindən birinin fəlsəfəsini, mənəviyyatını, o birinin isə məntiq və düşüncəsini daşıyıb. Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin […]

Azərbaycanlı gənc Avstraliyada elmi jurnalın baş redaktoru seçilib

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə təhsil alan İlkin Əliyev bu ali məktəbin “The Toad” jurnalına əsas redaktor seçilib. “The Toad” Avstraliya Milli Universitetinin çoxsahəli akademik nəşri kimi davamlı olaraq dərc ediləcək. Jurnalın həm Avstraliya Milli Kitabxanasında, həm də Milli Universitetin kitabxanasında saxlanılması nəzərdə tutulur. Ümumilikdə 180 səhifədən ibarət […]

Lütfi Zadəyə Qızıl Medal təqdim olundu

Dünya çapında tanınan, Azərbaycan əslli alim professor Lütfə Zadəyə Azərbaycan Respublikasının “”Nizami Gəncəvi” adına Qızıl Medalı təqdim olunub. Moderator.az xəbər verir ki, Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub. Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak ediblər. Universitetin mühəndislik fakültəsinin dekanı, Lütfi Zadənin yetirməsi […]

Həkim narkoloq Asif Kəngərlinin kitabları

Bu kitabda tanınmış həkim, istedadlı yazıçı Asif Kən­gərlinin narkomaniya, alkoqolizm və tabako­ma­ni­ya möv­zu­sun­da ilhamla qələmə aldığı pyes və heka­yə­ləri toplanıb. Kitabda bu prob­lemlər bədii-sənədli, el­mi-tibbi və dini priz­madan çox gözəl şərh olunur. Asif həkim içərisində olduğu hadisələri mə­ha­rət­lə mun­cuq kimi “sapa düzüb”, elə ona görə də əsərləri bu qədər real, inandırıcı və təsirli alı­nıb. “Bəla” pyesi müasir Azər­baycan dramaturgiyasının bəlkə […]

Həkim narkoloq Asif Kəngərlinin yaradıcılığı barədə

Asif Cəlil oğlu Kəngərli (Məmmədli)–  1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə 1 №-li orta mək­təbi ədə­biyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukray­nada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azər­baycan Dövlət Tibb İnstitutunun II müalicə fakül­təsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona  psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası […]

Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin vəfatından 5 il keçir…

  Elman Əliyev Kim idi?… “Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından: Elman Əliyev haqqında Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış, C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi […]

Zaman yaraları sağaldırmı…?

Çətinə, dara düşəndə çox eşitdiyimiz bir fikir… Zaman yaraları sağaldır… Əslində isə zaman yaraları sağalda bilmir! Zaman göynəyən, sızlayan yaraların üzərinə nazik bir tüldən örtük çəkir. Xəfif bir meh, kövrək bir xatirə o tülü alıb uzaqlara aparır, göynəyən, yaralar yenidən qövr edir.          Əzizini itirən, doğmasını əbədi ayrılıqla Haqq dünyasına yola salanların qəlbindəki o ağrını, acını sağaltmağa […]

1 8 9 10 11 12 51