Page 1015 - Vahid Rzayev
P. 1015
1013
13.04.2018
***
Eşq...
Eşqı, hər kəsdə axtarma ki,
O, Eşqı, sənlə bölən kəsdə, axtar ki...
Eşqın, qələmi olmaz ki,
Eşq, qələmə sığmaz ki...
Eşq, əldə, gözdə, bir də, ürəkdədir ki...
Əlin tutduğunu, gözün gördüyünü, ürək heç unutmaz ki...
Eşqi, sənlə bölməyənin,
Sənə olan eşqi, olmaz ki...
14.04.2018
***
Ziyalı işığı...
Ziyalılar, "çökmüş qaranlıqlar arasına", öz ziyaları ilə, İşıq salar, o, qaranlıqlar da,
həqiqətlərlə İşıqlanar.
15.04.2018
***
Qəribə, düşüncələr...
Sualların sualı, budur, belədir, olan sual... İnsandır!
Nədir İnsan?...
Onun cavabı, İnsandır...
Onun cavabı da, İnsandadır...
Yaxşı düşüncə, ətrafı və ətrafdakıları yaxşını bilmək, bir çox müəmmalı sualların,
cavabının olmasına, bir açarıdır.
Pis, bəd, müəmmalı, ağrılı düşüncə isə, ancaq acı, ancaq ağrılı hal yaradır.
Ağrını da, ağrının özünü - özündən də qoparıb, uzağa da, apara bilmir.
Yaxşı, xeyirxah, gözəllik içərisində, gözəlliyə bürəli düşüncə və baxış, bir çox halları
görməyə imkanlar yaradır.