Page 1018 - Vahid Rzayev
P. 1018

1016




                  Hansı səmtə tərəf baxıb, Səni çağırsam, o Sənin səmtindir.
                  Səmti yox, Səni çağıracağam.

                  Şərtlər içərisində də, şərtlər Sənindir.
                  Yerdə olduğumuzdan, səmt axtarırıq, səmtləri axtarırıq.

                  Yerdə  belə  öyrənmişik,  kimi  çağırmaq  istəsək,  o  səmtə  üz  tuturuq,  o  səmtdən  onu
                  çağırırıq.
                  Yer vərdişimizdən, qopa bilmirik.

                  Səmtə baxar, səmtlərə baxıb, Səni, o səmtdən çağırmaq istərik.
                  Hara dönsək Sən, hardan çağırsaq Səndir.

                  Hara baxsaq Sənindir, haradan çağırsaq, çağrışımız da, Sənədir.
                  Bilirik ki, Eşidirsən, bilirik ki, Eşidəcəksən, çünki çağırış Sənin dilində, çağırış səmti
                  də Sənədir.

                  Səni - Səndə bilirik.
                  Çağırışımızı ümiddə - ümidi isə, Səninlə bilirik.

                  19.04.2018

                  ***


                  İmkan içərisində, imkan...
                  Bu, Yer həyatında, hər an, hər bir istədiyini etməyə imkan var.

                  Amma ki, o imkanı da, imkan etməyə, yenə də, imkanın özü gərək.

                  Hər olan imkan, onu etməliyəm, demək deyildir.
                  Hər imkanı isə, olduraram - olar da, demək deyil.

                  İmkanlar içərisində, olan imkanları da, elə imkanların özləri seçir.
                  Olan,  bütün  imkanlar  içərisində,  kömək  etməlinin  özünün  də,  imkanı  olmasa,  o
                  imkanların da, ayrılıqda özlərini də, köməkçi etmək olmur.

                  20.04.2018

                  ***


                  Qəribədir olduqca da, maraqlıdırlar...
                  Çox  maraqlıdır,  Dünya  miqyasında,  kişi  geyimi  içərisində  istifadə  olunan,
                  "Qalstukun", bə'zi ehtimallar olmadan, onun Azərbaycanca olan adı nədir?
   1013   1014   1015   1016   1017   1018   1019   1020   1021   1022   1023