Page 1023 - Vahid Rzayev
P. 1023
1021
vaxt "mən dedim", "mən", kəlməsindən bilə - bilə, uzaq dayandı, bütün sözlərə bütün
anlayışlara, "Ata sözü", kimi ifadə verirdi.
İşıq Atam deyildiyindən, o, "Atam işığını", məhf edə bilmədilər.
Bomba düzəltdilər, onun da adını, Atom bombası dedilər.
24.04.2018
***
İnsanlığın, paytaxtı..
Bütün dövlətlərin, hər dövlətin də, öz paytaxtı vardır.
Dünyada isə İnsanlığın paytaxtı, yoxdur!
Deyilsə ki əgər, insanlığın paytaxtı var, o "ürəklərdə, qəlblərdədir", o da həqiqətdir.
Amma ki, o həqiqətin altında, məkr də, vardır.
İnsanlar arasında, bir - birinə, bir qayğı, bir də ki, diqqət vardır.
O, diqqətlə, qayğı arasında, məkr, paxıllıq, yalandır.
Nə qədər ki, insanlar, canlılar arasında, yalan, məkr varsa, məkrin, yalanın da, öz yeri
olmamalıdır.
Əgər insanlıq, qəlblərə sığışa bilib, qəlblərdədirsə, o, gizlədilibsə, onda o, məkr göz
önündə, aşkardadır.
Əgər, insanlara - İnsanlığın paytaxtı yoxsa, heç məkrə də, paytaxt olmamalıdır.
24.04.2018
***
Nə itirdim, nə tapdım...
Onların arasında olub, onların həqiqətlərini axtara - axtara, onların arasında olan,
yalanları gördüm.
24.04.2018
***
Sevgililərin günü...
Bu gün sevgililər günüdür...
Sevənlərin, sevən günüdür.
Sevgilər yaddan çıxmasın deyə, sevgilərin həmin gün, yad edilən günüdür.
Sevginin yaşı varmı, sevginin günü varmı?