Page 1019 - Vahid Rzayev
P. 1019

1017




                  Niyə,  Dünya  miqyasında,  kağız  pullar  düzbucaqlı,  metal  pullar,  dəyirmidir,
                  yumrudur?
                  Niyə evlənmək üçün əsas sayılan nişan üzüyü halqavari olmaqla, o da, yumrudur?
                  Niyə,  Təyyarələrdə,  Gəmilərdə,  onların  İllüminatorları,  yə'ni  ki,  pəncərələri  yumru,
                  dairəvidir?
                  Niyə,  Yer  üzündə  əsas  qida  sayılan  Çörəyi,  əsasən  yumru,  dairəvi  formada
                  hazırlayırlar?

                  Niyə, qida hazırlamaq üçün istifadə olunan bütün növ, müxtəlif diametrli qazanlar,
                  tavalar, yumru, dairəvidirlər?
                  Niyələr çoxdurlar...

                  21.04.2018

                  ***


                  Lazımlı - lazımsız...
                  Lazımsız  yerdə,  lazımsız  olanları  deyib  axtardıqcan,  bu,  o  demək  deyildir  ki,  sən
                  lazımsız yerdə, "lazım olananları", bilmisən.

                  Amma ki, lazımlı yerdə, lazım olananları deməyin lazımlıdır.

                  Lazımsız  yerdə, lazımsız  olan  sualı  verəndə,  bil ki,  lazımlı məqamında, lazım  olan
                  cavabları, verəcəklər.
                  22.04.2018

                  ***


                  Həqiqətin özündə olan, həqiqət...

                  Həqiqət...
                  Həqiqətlər arası, həmişə müxtəlifdir.
                  Olan həqiqətlər var, "olmayan" həqiqətlər var.

                  Olan həqiqətlərdən bir həqiqət də, elə budur.
                  O, "həqiqət" nə şirin, nə də ki, acıdır.

                  Onun dadı yoxdur.
                  Çünki,  olan  o,  həqiqətin  özü  həqiqət  olduğundan,  onun  dadı,  rəngi,  ətri,  rayihəsi,
                  ölçüsü,  biçisi,  məsafəsi  olmayan,  amma  çox  yaxında  olan  kimi,  bilindiyindən,  o
                  həqiqətin özündə olan həqiqət bir həqiqətdir.

                  İstəsən də, istəməsən də, o, "həqiqət", dəyişməz, itməz, yox olmaz, uzaqlaşıb - uzaq
                  olmaz, öz "qədərində", həqiqətin özündə də, bir həqiqət olar.

                  O, "həqiqət" - in, istəyəni az olar, harada isə, istəməyəni, daha çox olar.
   1014   1015   1016   1017   1018   1019   1020   1021   1022   1023   1024