Page 1022 - Vahid Rzayev
P. 1022
1020
Yer Atası ilə, Göy atası arasında, işıq dayanar.
Göy Atası, hər tərəfdə olar.
Hər tərəfdən gələr, hər tərəfdən görünər.
O gəlməsə olmaz, o göndərməsə olmaz o işıq payı Ayırmasa olmaz.
Ayırdığına, mühit gərək ayırdığına da, mühitin özü gərək.
Yer Atası, Yer Anası, ikisi arasında İşıq payı.
Törədici Atadır, Törədən İşıqdır, Törətməyə mühit - Anadır.
Anlayışın ilki oldu Ata, Törədici oldu Ata.
Hər nə deyilirdi o atadan deyilirdi, o Atanın Adı ilə deyilirdi.
Başlanğıclara Ata, bütün hallara Ata.
Yer Atası, bir ailənin atası.
Göy Atası, bütün aləmlərin, ağ İşıqla, Atası.
Yer Atası ölən, Göy Atası ölməyəndir.
Ata adı ilə adlanırdı, bütün başlanğıclar.
Ata adından deyilirdi bütün anlayışlar bütün deyilənlər.
Ata adını, deyə - deyə anlada - anlada, Atam deyə - deyə, Atom deyə - deyə, ağ İşığa,
Atam - Atom işığı kimi deyildi.
İşıq, Ata işığıdır, o törədər, o məhf etməz.
Hər, Yer üzünə yenən gələn, İşıq dedi İşığı dedi, özündən demədi, nə dedisə o, İşığın
Adından, dedi, İşığın Sahibindən, dedi.
Özü demədi, özündən İşığı, demədi.
Ata İşığı ilə dedi, Ata İşığından, onun, adından dedi.
O insan, ilk insan, yer insanı, Günə baxdı, işığa baxdı, "İşıq", dedi.
Göydən yenən gələn, "Gün də işıqdır, o, Ata işığının, oxşarıdır, bənzəridir, Gün də
İşıqdır, amma o da, Ata İşığından paylıdır", dedi.
Ata işığı, İşıqlar - İşığıdır.
Ata İşığından Günəş də, paylıdır.
Yerə yenən gələn, "İşıqdan - İşıqla", gəldim dedi.
Yer üzündən ayrılan gedən də, "İşığa - İşıqla" qayıtdım, dedi.
Ata İşığı, İşıqlar İşığıdır.
O insan, İlki Ata kimi adlandığından, bütün məntiq və bütün məntiqi fikirləri, daha
yüksək olanın adı ilə, "Ata" adı ilə, "O" - na istinadən deyilməklə, ilk Yer insanı heç