Page 1017 - Vahid Rzayev
P. 1017

1015




                  Niyə, "Quş dili", çünki Quş yüksəklikdə uçmaqla, yerdə olan bütün hal hərəkətləri,
                  davranışları,  yer  dəyişmələri  dəqiq  gördüyündən,  hər  quş  öz  dilində,  amma  bütün
                  quşların bildiyi dildə səs salar.
                  Yerdə  olan  bütün  canlı  varlıqlar,  həşəratdan  tutmuş,  sürünənlər,  hərəkət  edənlər,
                  insanlar  o  səsdən  anilikdə,  çox  yaxından  səslənməkdə  olan,  təhlükədən  xəbərdar
                  olurdular.
                  Quş səsi, çox - çox uzaqlardan eşidilən olar, çox - çox yüksəkdən səslənən olar, hər
                  tərəfdə eşidilən olar, amma ki, hər səsin öz bildirici xüsusiyyəti olduğundan, Azərlər
                  arasında,  mə'na,  məntiq,  qurama,  nağıllama,  tarixləndirmə,  bildirmə,  elmləndirmə
                  dillərinin məzmui halına, sirli örtülü, eşidilən amma hər kəsin bilmədiyi dilə, "Quş
                  dili", adını vermişdi.

                  Müddət - müddət, bu dil üslubunu, müxtəlif bəhanələrlə sıxışdıraraq, daha da, uzaq
                  edə bildilər.
                  Həmin  dil  qrupu  içərisində,  hər  otun,  hər  ələfin,  öz  adı  içərisində,  onun  müalicəvi
                  xüsusiyyətləri, örtülü olaraq, bildirilirdi, elə də yadda qalırdı.

                  Müddət - müddət "elmdə bunlar yoxdur bu xurafatdır", deyə - deyə, insanlar bir çox
                  müalicəvi otlardan, bitkilərdən ağaclardan uzaqlaşa bildilər.

                  Amma deyən olmadı ki, "elmə gətirilən hər bir yenilik elmi zənginləşdirir, elm özü -
                  özündən, durduğu yerdə, zənginləşmir, təkminləşmir".
                  Qərb, "şeytana uymusan", adı ilə, Şərq isə, "elmdə yoxdur xurafatdır", deyə - deyə,
                  insanı - insandan, bilgiləri insandan qorxu halları arasında, uzaqlaşdıra bildilər.

                  Azərbaycan ərazisində, hər bir daşda hər bir qayada hər bir mağarada, hər bir tikilidə,
                  hər bir abidədə, hər bir halda bir üslüb, bir elm gözlədilirdi, sirli edilirdi.

                  19.04.2018

                  ***

                  Səni, çağırsaq əgər...

                  Yer üzündə, Yer dilləri çoxdur.
                  Hər dil, Sənin dilindədir. Yer üzündə dillər çox, hər o dili isə, bilmirəm.

                  Bu, Yer üzündən, Sənin Dilini bilirəm.
                  Hansı tərəfə üz tutub, Səni çağıracağımı bilmirəm.

                  Hansı  tərəfdən,  Səni  çağırmalı  olsam  da,  elə  o,  həmin  tərəfdən  də,  Səni  çağırmalı
                  olacağımı bilirəm.

                  Dilin - Dillərin birdir, Səmtin - Səmtlərin də, birdir.
                  Nə dildə çağırsaq da, Səni, Sənin o dilində, o dillədir çağırışımız.
   1012   1013   1014   1015   1016   1017   1018   1019   1020   1021   1022