Page 1016 - Vahid Rzayev
P. 1016

1014




                  Amma  ki,  bəd,  ağır,  ancaq  ziyan  verəcək  düşüncələrsə,  heç  ayrılıb  uzağa getmir,
                  insanı da, o haldan uzaqlaşmağa, uzağa getməyə də, imkan vermir.
                  İnsanı ancaq, bir yerdə, saxlayır.

                  Yaxşı düşüncə, insanı qoruyur saxlayır.
                  Pis,  bəd  düşüncə  isə,  insanın  başını,  öz  "ağrılarına",  "əziyyətlərinə"  onu  əzə  -  əzə,
                  özünü - özünə, qarışdırır.

                  18.04.2018

                  ***


                  Dillər, dövrlər...
                  Ümumiyyətlə,  çox  -  çox  qədim  dövrdən  Azərbaycan  ərazisində  oturaq  həyat  sürən
                  Azərlər arasında bir neçə Dil üslubu, bur neçə dil kateqoriyaları mövcud idi.

                  Olan  bu  dil  xüsusiyyətləri,  onların  özlərinə  mə'lum,  kənardan  gələn,  kənardan
                  dinləyənlərə isə, naməlum başa düşülməyən Dil, təəssüratı yaradırdı.

                  Müxtəlif dil üslublarının bir sistem halı işlək idi ki, o sistem ardıcıllığını özləri rahat
                  aşkar bilirdilər.
                  Hər bir dilin də, öz üslub xarakteri olurdu.

                  Onlardan:
                  Nağıl  dili  -  hansısa  mühüm  bir  hadisəni  başqa  birisinə  dedikdə,  o  hallar  arasında,
                  adlar  -  adlıqlar,  ardıcıllıqlar,  personajlar  üzərindən  deyilərək  onları  başqaları  üçün,
                  ustalıqla gizlədə bilirdilər.
                  Rəvayət dili - hər hansı bir hadisəni, nağıllamaqla, onu təəssüf hissindən, düşünmək
                  dili üstündə quraraq rəvan ifadə edirdilər.

                  Mazaika dili, qurama dili - əsas mə'nada isə, pəltək dili kimi ifadə olunurdu. Deyilən,
                  eşidilməz,  bilinməz  kimi,  ifadə  edilərək,  hal  mə'nalarını,  yan  -  yana  yığmaqla,
                  daşlarla,  rənglərlə,  həndəsi  quruluşlarla,  ornament  üsulu  ilə  bir  neçə  mə'nanı  ifadə
                  edirdilər. O, Mazaika dili, yəni ki, "ma", törədici, "zika", görünən bilinməyən kimi
                  ifadə edilirdi. O üslubla, insan sifəti, siması, müxtəlif materiallarla təsvir edilməzdi.
                  Ona  görə  ki,  sirr  açıq  olurdu,  o  gizli  ola  bilmədiyindən  o  üslubu,  insan  sifəti
                  tərtibatında, istifadə edilmirdi.

                  Məntiq dili - fikir qısa, konkret, bir çox mə'nanı özündə cəmləşdirən bilən.

                  Müxtəlif  dil  qruplarından  istifadə  olunduğundan  bunların  cəminə,  "Quş  dili",
                  deyilirdi.
                  Quş dili - hamı eşidir, amma o səsləri bilənlər bilib, bir - birindən, ayıra bilir.
   1011   1012   1013   1014   1015   1016   1017   1018   1019   1020   1021