Page 1011 - Vahid Rzayev
P. 1011
1009
Müddətin, öz ardıcıl düzülüşü arasına, "təkamül arası", müddət deyilərsə, onda
deməli, bu Yer həyatı, çox dərin bir keçmişin, çox uzaqdan gələn bir keçmişin,
davamiyyət halı arasında olmaqla, bir - birinin əvəzlənmə halı arasında, vaxta -
zamana sığmadığından, indi gördüyümüz, bütün hallar, çox cavan, çox gənc kimi,
göründüyündən, çox uzaq keçmiş, hər hansı bir halın, yaxın keçmişdə axtarmaq
fikrini, yarada bilir.
Amma, Mamontların Yer üzündə mövcud olmasından isə, üç yüz min il ötür.
Çox keçmişdən də, o dövrün insanı, Mamontların Yer üzündə, mövcud olmasını,
yaddaşlardan - yaddaşlara keçirərək deyiblər.
Eyni vaxtda, arxeoloji qazıntılardan da, aşkar olunan, sümük qalıqlarının əndazə
ölçülərindən də, bu qənaətə gəlinibdir ki, Mamontlar Yer üzündə, o mərhələdə
mövcud olubdurlar.
Halın özü, Mənbə deyil.
Halın özündə olan bir hal dəyişikliyi, keçid halında, bir Mənbədir.
Hər bir halın, qurtarmadan başlanan anı, o, mərhələnin başlanğıc halı, o, mərhələnin
davam halı, o, bir mərhələdən, o, bir təkamüldən, o, bir mənbədən bir də, o, təkandan,
başlanan halıdır.
13.04.2018
***
Vağzallar, perronlar, platformalar, qoşa yollar...
Dünya musiqisində, klassik musiqilərdə, musiqi əsərlərində, musiqi partiturasını, not
açarı ilə başlayaraq, notlardan istifadə edərək, bəstəkarlar musiqi əsərlərini
bəstələyirlər.
Bəstəkarların, notlardan istifadə edərək tərtib etdikləri, həmin partituralar, musiqi
təhsili olmayana, çox maraqlı, çox əsrarəngiz, çox əl çatmaz kimi, görünə bilərlər.
Onlar, ilk baxışda belə görünə bilirlər, bir az qarışıq, bir az çətin, bir az qəribə...
Amma ki, bir çox musiqi işarələri, çox sadə anlamlar daşıyırlar.
Bütün musiqi işarələri, o musiqi səsinin, mə'nasını ifadə edir.
Musiqi əsərində, o səsin mə'na daşıyıcısı, ifadə olunmaqla, musiqi səsinin, o janrda,
onun daşıdığı, mə'na ifadəsi, səslənə bilər.
Çox böyük ehtimalla, eşitdiyimiz hər hansı bir, musiqi parçasında, bizlər onları, o
səsləri, melodiyada - melodik olaraq, dinlədiyimiz halda, bəstəkarlar musiqiçilər isə,
həmin əsəri, mə'na daşıyıcılığında, mə'na mahiyyətində dinləyərək, sanki, həmin
musiqi bəstəsini, həmin musiqi əsərinin mətnini, bir hekayə kimi, bir novella, bir
oçerk kimi, böyük bir dastan kimi dinləyirək dərk edirlər.