Page 1007 - Vahid Rzayev
P. 1007

1005




                  Torpaq da, torpaqdan uzaqlaşdı, torpaq da, torpaqdan qopdu, azaldı.
                  Bitkilər - bitkilərdən, o yedizdirib qoruyan, o hifs edib saxlayan, o həmin, bitki aləmi,
                  azalmağa,  o  ziyansız  olan,  heyvanat  aləmi  də,  İnsandan  uzaqlaşmağa,  o,  həlim,
                  mehriban,  xeyirxah  aləm  də,  o  da,  tədricən  dəyişilməyə,  o  da,  tədricən  dəyişməyə,
                  tədricən  o  Mamontlar,  o  Yak,  o  Bizonlar,  o  Zubrlar,  insanlardan  uzaqlaşmada,
                  oldular.
                  Onların əvəzinə isə, tədricən Yer üzündə, ziyan verən yırtıcı ziyankarlar, o heyvanlar
                  artdı.
                  Qorxulu, qəddar, bağışlamaz olan, Heyvanat aləmi, artmağa başladı.

                  Ağaclar azaldı, bitkilər azaldı, kollar tükəndi.
                  Yerdən  daha,  torpaqdan  daha,  yemək  üçün  isə,  bitkilərin  kökləri,  axtarılmağa
                  başlanırdı.
                  İnsan, nə istədi nəyə çatdı?

                  Yerdə artırdı daha:

                  dişləyən, qapan, sancan, dalayan, zəhərləyən, yara salan, canlılar.
                  Artdı daha, öz boyları balaca, ancaq dişləri iti, quyruqları uzun, qaçışları sür'ətli, iti,
                  olan o, heyvanat aləmi, artırdı daha.

                  İnsan, onları gördü, onda vahimələmdi, onda çəkildi, onlardan, uzaqlaşmaq istədi.
                  Öz, gözü önündə onları, bir - biri arasında bölürdü.

                  Hansının daha yırtıcı, hansı daha qorxulu olanını, gözündə bölürdü, ayırırdı.
                  Ziyan  vuran  heyvanlar  arasına,  ziyan  vurmayan  heyvanlar  arasında,  bölürdü  -
                  bölüşdürürdü.
                  Ziyan vurmayanların, südündən yunundan istifadə elədi.

                  Minə bildiyini mindi, qoşquya qoşa bildiyini, qoşquya qoşdu, sədaqətli bildiyinin isə,
                  Atına, İtinə, onların boynuna, kəmənd atdı, xalta keçirtdi.

                  İnsan, ona ziyan vuranlardan, uzaqda dayandı, özünü isə, ona xeyir verənlərin, sahibi
                  sandı.
                  Mindi çapdı, ip bağladı iplədi, özünə xeyir verəni kəsdi, doğradı, asdı onu, boğdu onu,
                  öldürdü onu.

                  Özü qorxduğundan, o yırtıcılardan isə, özü uzaq durdu.
                  Minə  bildiyini  mindi,  kəsə  bildiyini  kəsdi,  yeyə  bildiyini  yedi,  asa  bildiyini,  ipdən
                  asdı.
                  Yer üzü döndü, qarışdı, İnsan döndü, qan axtarırdı.

                  Baxdı ki, nə Mamont var, nə Yak, nə Bizon, nə də ki, Zubr var.
   1002   1003   1004   1005   1006   1007   1008   1009   1010   1011   1012