Page 1005 - Vahid Rzayev
P. 1005
1003
Yer üzündə, su artdı, torpaq azaldı...
Baxırsan tarixə, baxırsan keçmişə, baxırsan uzaq tarixə, baxırsan yenə də, bu günkü
tarixə.
Uzaq keçmişdə, yer üzündə Mamontlar, Yaklar, Bizonlar, Zubrlar, daha nələr - nələr,
qorxulu, bədheybət, nəhənglər, vahiməli varlıqlar, təlatümlə yayılan səslər, təlatümlə
də, ucalan səslər.
O səslər, onların o mamontların, o yak o bizonlar, o insanlara, xəbərdarlıq edirdi ki,
hər birimizin öz yeri, hər birimizin öz qədəri.
Heç biri - heç birinə toxunmurdu, heç biri - heç birinin, xatirinə dəymək istəmirdi.
Hər ikisi də, qidalanırdı.
İnsanlar, dənli paxlalı bitkilərdən, o nəhəng heyvanat aləmi də, ətrafında olan bitki
aləmindən, qidalana - qidalana, başını qaldırıb, bir insana, bir ətrafa bir də olan,
yaşıllıqlara baxa - baxa, heç kim - heç kimin, heç nə - heç nəyin, bir kimsə də - bir
kimsənin, xatirinə dəymək haqda düşünməzdi.
Hər biri şad, hər biri mehriban, hər biri razı, hər biri, olduğu aləm arasında yaşayaraq,
qayğısız, qorxusuz təlatümsüz, vahiməsiz, yaşadığı aləmə özünün var olduğu, o
aləmə, bir qayğılı, bir təşəkkürlə baxaraq, hər biri də, öz ömrünü, rahat - rahat
yaşayardı.
Artdı insan, oldular, çoxları insan, oldu onların, çox tərəfi, insan.
Artdıqca, törədikcə, çoxaldıqca, insan ətrafında olan aləmə, ətrafında olan varlıqlara,
özündən əndazə ölçülərinə görə, iri olan, bədheybət bilmək istədiyi, o heyvanat
aləminə, qəribə baxdı, qəribə davrandı, qəribə olaraq ondan, uzaqlaşmağa başladı.
Uzaqlaşdıqca - uzaqlaşdı, döndükcə - döndü, yadlaşdıqca - yadlaşdı, kinləşdikcən -
kinləşdi.
Baxdığı, gördüyü ətraf, bir qidalanmağı üçün olan bitki aləmi, çox bolluqda, çox
bolluq olan aləm, idi.
Ətrafında olanlar, niyə məndən böyükdür deyə, niyə bunlar, məndən vahiməlidirlər
deyə, niyə məndən qüvvətlidir deyə, niyə onlar, bir - biri arasında, belə sakit, belə
rahatdırlar, deyə.
Birdən bunlar yeyərlər, birdən bunlar yeyib qurtararlar, birdən bunlar bitki aləminin,
bütün bitən Bitkilərin, sonuna çatarlar.
Onda nə qalar, yerdə nə qalar, onda mənə, nə qalar?
Belə başlandı, başlananlar.
Acgözlükdən, paxıllıqdan başladı, başlananlar.
Belə başlandı paxıllıqlar, yeməkdən, doymaqdan, sahib olmaq istəyindən başlandı,
paxıllıqlar.