Page 1006 - Vahid Rzayev
P. 1006
1004
Bolluq içərisindən, birdən qurtarar, birdən çatmaz, bir də, qıtlıq qorxusu, qıtlıq olar,
qorxusundan, paxıllıq, "mənəm", istəklərindən, başlandı - başlananlar.
Onda onun, ətrafa baxması, o iri, o çox vahiməli bildiyi, o bədheybət bildiyi, o
canlılara, o canlara, kin - kidurət, başlandı.
Başladı - başlananlar.
Qırdı onları, qırdı çıxdı başa, onları, o yazıq Mamontları, o Yakları, o Bizonları, o
Zubrlar, o iri gövdəli Ağacları, iri gövdəli Kolları, uca - uca olan, o əzəmətli, ağacları.
Onu yedizdirən, onu qoruyan, onun qayğısına qalan, onu xəstəliklərdən qoruyan, onu
istidən soyuqdan hifs edən, o isə, ətrafda nə vardısa, qırdı, dağıtdı, məhv etməyə
başladı.
"Böyük mənəm, məndən böyük, heç nə ola bilməz", deyə - deyə.
Qarıldı Mamontlar, qırıldı Yaklar, qırıldı Bizonlar, qırıldı Zubrlar, qırıldı daha, nələr -
nələr...
Qırıldı, gövdəli ağaclar, qırılırdı gövdəli kollar, qırılırdı ətrafında, bütün olanlar...
"Böyük mənəm, məndən böyük ola bilməz" deyə - deyə, düşünə - düşünə...
Qırdıqcan qırdı, məhv etdikcə, məhv etdi, dağıtdıqca, dağıtdı.
Mamont, Yak, Bizon, Zubr, insanı gördükdə, insandan qaçdı, insanı gördükcə,
insandan qorxdu.
Qırdıqca onları, məhf etdikcə onları, onlar azaldı.
Heyvanat - heyvanlardan azaldı, bitkilər - bitkilərdən azaldı, ağaclar - ağaclardan
azaldı, kollar - kollardan azaldı, mehribançılıqlar - mehribançılıqlardan, azalırdı.
Qaçdılar, uzaqlaşdılar, canlılar, bir - birindən uzaqlaşdılar.
Yer üzünə yayılmış, o heyvanlar, bütün heyvanlar, tədricən çəkilə - çəkilə, hərəsi
uzaqlara çəkilirdilər.
Hər biri qütblərə, hər qütbdə, bir canlı yığını, Mömont, Yak, Bizon, Zubr, yığını...
O insan, onları qovduqcan, daha özü qorxdu, daha özü vahimələndi.
Çünki, Göylər səsə gəldi, Göylər vahimə ilə, səsləndi.
Yer gücə gəldi, Yer də, vahiməli səsləndi.
Göylərdən su töküldü, yerdən torpaq, ayaq altından qaçırdı.
Yer silkələdi, Göylər qəzəbləndi ətraf təlatümə gəldi, bitkilər incidi, kollar küsdü,
onlar da, kiçildi.
İnsan, getdikcən daha da, təkləşdi.
İnsan, getdikcə özündən, ətrafından da, uzaqlaşmağa, yadlaşmağa, başladı.
Göylər qəzəbləndi, Yerlər silkələndi, Sular artdı, Torpaq, azaldı.