Page 1009 - Vahid Rzayev
P. 1009
1007
Dərzi, əyindəki paltara baxar.
Dəllək başa, pinəçi başmaqla, bənna divara, sürücü maşına, süpürgəçi səkiyə, satıcı
müştəriyə, müəllim şagirdə, oxuyan avaza, şair sözə, yazıçı cümləyə, naşir kitaba,
aktyor qrimə, suflyor kəlməyə, bağban ağaca, suçu tarlaya, çoban sürüyə, alpinist
dağa, dalğıc suyun üzünə, maşinist qoşa relslərə, həkim xəstələnmişə, xəstələnmiş
həkimin gözlərinə, bazar bolluğa, piştaxta mala, müştəri alacaqlarına, sərnişin yola,
süpürgəçi süpürgəsinə, ata nə alacağına, ana nə hazırlayacağına, və s.
Hər gözəllik, görmək istədiyi gözəlliyi görmək istər.
Vay o gündən ki, hər sənətkar, hər peşəkar, hər sənətdə hər peşədə, bir əmma, bir
müəmma axtarmağa başlaya, onda o gözəllik itər, o baxışlar saxta olar.
Hər peşənin öz peşəkarı.
Hər sənətin, öz sənətkarı.
Hər ustanın, öz ustalığı.
Hər gözəlin, öz gözəlliyi.
Hər gözün, öz baxışı.
Hər baxışın, öz gördüyü.
Hər yalanın, bir bəhanəsi.
Bütün həqiqətlər arasından isə, həqiqətin özü olur, həmişə.
Peşəkar, axtarmaz.
Peşəkar, baxar.
Sənətkar, baxar ustalığa, bacarığa, baxar sənətə, baxar onun ardıcıllığına.
Usta baxar, hər halın, ustadlığına.
Həyatda, bütün gözəllikləri görən, biz özümüzük.
Bir də, onları o gözəllikləri bizə göstərən bilən, o ustalar, o sənətkarlar, o
peşəkarlardır.
12.04.2018
***
Mərhələlər - təkamüllər...
Yer üzündə bütün hallar, mərhələ - mərhələ, bir - birini, tamamlaya - tamamlaya,
əvəzləyə - əvəzləyə, yeniləşdirə - yeniləşdirə, davam edibdir və elə indi də, həmin
ardıcıllıqla, mərhələ - mərhələ dəyişilməkdədirlər.
Həmin bu ardıcıllığa, həmin bu davamiyyətə, yer üzündə, bir Ad da, "təkamül" adı
olaraq, adlandırılıbdır.