Page 1020 - Vahid Rzayev
P. 1020
1018
O, həqiqəti hamı axtarır!
Amma ki, hamı o, olan həqiqəti, bilmək istəyirmi?
Olan həqiqətdirsə, onu yalana yoldaş edərək, o həqiqəti, yalan kimi bilmək istəyər.
Niyə?
Yalan çox, həqiqət azdır?
Yox... nə yalan çoxdur nə də ki, həqiqət çoxdur.
Nə yalan azdır, nə də ki, həqiqət azdır.
Qəribədir insan, hər nəyi eşidirsə, hər nəyi bilirsə, onu yalan arasına çatdıraraq, onu
öz yalanının içərisindən, onun həqiqət olmasını, tapmaq istəyir.
Hər nəyi görürsə, onun həqiqətini görür.
Hər nəyi eşidirsə, hansı səsi eşidirsə onu həqiqətin səsi kimi, bilir.
Hər nəyi dadırsa, o daddığının dadını, onu "dad", həqiqəti kimi bilir.
Hər nəyi görürsə, əvvəlcə onun rəngini, sonra onun əndazə ölçülərini, boyunu,
gövdəsini gördükcə, hərəkətini gördükdə, onu həqiqət kimi bilir.
Amma ki, sözə, fikrə, kəlməyə, düşüncəyə də həqiqət kimi yanaşır.
İnsan, Yer üzünə özü, ağlaya - ağlaya yenir gəlir, o, insan isə, Yer üzündən, ağlana -
ağlana, yola salınır.
O da həqiqət, bu da həqiqət...
İnsan ölümün olduğunu bilir, amma ki, o ölümə, inanmaq istəmir.
O da həqiqət, bu da həqiqət...
Çünki ölüm olmadığından, olmayan o ölümün adına da, inanmaq istəmir.
O da həqiqət bu da həqiqət...
Hər bir halda, nə desən, necə desən, Yalan da desən, onun da sonu, Həqiqətlə
bitəcəkdir.
23.04.2018
***
Həqiqətdə olan həqiqəti, aydınlaşdırmaq...
Qəribədir insan, hər nəyi eşidirsə, hər nəyi bilirsə, onu yalan arasına aparıb çatdıraraq,
onu öz şübhəsi içərisindən, öz şübhəsi arasından, onun doğrudan da, "həqiqət", olub -
olmamasını, tapmaq istəyir.
23.04.2018
***