Page 1024 - Vahid Rzayev
P. 1024
1022
Sevginin özü vardır, onun günü, saatı, onun - ona, ərəfə vaxtı, yoxdur.
"Onu", gördünmü?
O sevgi, məhəbbətə döndüsə əgər, o gün elə məhəbbətin günüdür.
O sevgi, məhəbbətə dönməyəcəksə, o, sevgi ancaq şərti olacaqdır.
"Onu", gördünmü, o gündən, "onu", sevdinmi, o gün yaddaşının sevgi günü, həmin
gün, məhəbbətə başlanan yaddaş günüdür.
Hər kəsin yaddaşında sevgi axtarsaq, hər kəsin "sevgi günü", müxtəlif günlərlə
olacaqdır.
Kiminə açıq, kiminə isə, gizli sevgi günü olacaqdır.
Kiminə sevinc, kiminə isə, təəssüf günü olacaqdır.
24.04.2018
***
Duyğu, duyğular...
Duyğunun, səsi yoxdur, dili yoxdur, halı yoxdur, amma o, güclü yaddaşlıdır.
O, həmişə mürgüləyəndir.
O, səsi, halı, dinləyəndir.
O, səsdən, o daddan, o rəngdən, o rayihədən, o istidən o soyuqdan, o haldan, onun özü
duyğulandıqcan, onda səni, duyğularında - duyğulandırandır.
24.04.2018
***
Təsvirlə, təsəvvür...
Çox - çox qədim dövrdən, Yer üzündə ilk insandan və ilk insanlar arasında, Fəlsəfi
düşüncə, Fəlsəfi şərh, daha geniş yayılmış idi.
Bu səbəbdən, ilk fəlsəfi fikirlər arasında, "Təsəvvür et. Təsəvvür edə bilirsənsə,
Təsvir et", kimi tə'limlər mövcud idi.
Əgər, bilmək istədiyini nə təsəvvür nə də ki, təsvir edə bilmirsənsə, o daha, var ikən
vardır.
O daha, var olandan vardır.
Onun özündən elə, təsvirlə təsəvvürün də, özü ayrılır.
O, təsvirlə təsəvvürün, İlki olduğundan O, təsvirlə təsəvvürə sığmayacaqdır.
Onun, təsəvvürlə olan təsviri, bütün görə bildiklərindir.