Rüfət Hüseynzadə. Pedaqogika. Dərslik

RÜFƏT HÜSEYNZADƏ. PEDAQOGİKA.DƏRSLİK. YENİ NƏŞR. BAKI: MÜTƏRCİM. 2021. 488 s. Yenicə çapdan çıxmış Pedaqogika dərsliyi prof. Rüfət Hüseynzadənin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi qriflə təsdiq etdiyi“Pedaqogika”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi”, “Pedaqogika tarixi” proqramlarına, dos. Zenfira Əzizovanın və dos. Sahib Əliyevin “Pedaqogika” kursu proqramlarına əsasən və Dövlət Təhsil Standartlarına müvafiq olaraq hazırlanmışdır. Dərslikdə Pedaqogikanın dörd bölməsi […]

Günəş dolu Zəfər yolu!

Bu yol haqq yoludur. Bu yol xalqımızı işıqlı gələcəyə aparan yoldur. Bu yol böyük Yaradanın nuru ilə işıqlanan yoldur. Bu yolun alınması xalqımıın igid oğullarının canı, qanı bahasına əldə edilən yoldur. 30 ilə yaxın bir müddətdə xalqımızın bir an belə yadından çıxmayan, arzularının həyata keçirildiyi gün axır ki, gəlib çatdı.   Əsrlər boyu mənfur erməni vəhşiləri ərazimizi işğal altında saxlayaraq […]

Kərim Məmmədov – Türk xalqlarının pedaqoji fikir tarixindən seçmələr

Tədris vəsaitində türk xalqlarının ortaq pedaqoji fikrini formalaşdıran görkəmli filosof-pedaqoqların əsərləri orijinaldan araşdırılmış, həmin əsərlərdən nümunələr verilmiş, onların həm fəlsəfi, həm də pedaqoji baxımdan təhlilləri aparılmışdır. Tədris vəsaiti ali məktəb tələbələri, müəllimləri və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulmuşdur. GİRİŞ  Türk xalqlarının zəngin tarixi, mədəniyyəti olduğu kimi, zəngin pedaqoji fikir tarixi də mövcuddur. İslamdan əvvəl və islamı qəbul etdikdən sonrakı dövrlərə […]

Kərim Məmmədov – Elmi-tədqiqat işlərinin metodikası

Oxuculara təqdim edilən bu dərs vəsaitində elmi-tədqiqat işlərinin elementləri, onların nəzəri əsasları, fəlsəfi , psixoloji və pedaqoji aspektləri, empirik tədqiqat metodlarının aparılması metodikası işıqlandırılır. Vəsait ali məktəb tələbələri və müəllimləri, magistrant, doktorant və dissertantlar, həmçinin ümumtəhsil məktəbləri, liseylərdə elmi-tədqiqatla məşğul olan yaradıcı müəllimlərin istifadə etməsi üçün nəzərdə tutulur. Kitabı yüklə

Müstəqillik dövrünün pedaqoji problemləri – Kərim Məmmədov

Sovetlər sisteminin süquta uğraması onun tabeliyində olan xalqlarvn siyasi, iqtisadi həyatı ilə yanaşı mənəvi həyatında da xeyli dəyişikliklərə səbəb oldu. Xalqlar azadlıq əldə etməklə yanaşı milli-mənəvi dəyərlərinin inkişafı istiqamətində də ciddi addımlar atmağa başladı. Belə dəyişikliklər Azərbaycanda da həyata keçirilməyə başladı. Bu yolda nailiyyətlərimizlə yanaşı səhvlərə də yol verilmiş oldu. Əldə etdiyimiz ən böyük nailiyyət mənəvi həyatımızın kommunist ideologiyasından asılılığına […]

Müstəqillik dövrünün pedaqoji problemləri

Bakı Slavyan Universitetinin professoru, görkəmli pedaqoq Kərim Məmmədovun “Zəngəzurda çap evi” nəşriyyatında nəşr edilmiş tədris vəsaiti “Müstəqillik dövrünün pedaqoji problemləri” nə (2020, 108 səh.) həsr edilmişdir. Bu dəyərli vəsaitin rəyçiləri professor F.A.Rüstəmov, professor M.İ.İlyasov, dosent S.L. Axundova, dosent K.Ə. Səmədovdur. Tədris vəsaiti Azərbaycan pedaqoji cameəsində maraq və rəğbətlə qarşılanmışdır.Vəsaitdə müstəqillik dövrümüzün pedaqoji problemləri ələ alınıb təhlil edilmiş, dövrün pedaqoji alimlərinin […]

MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİMİZƏ DAİR DƏYƏRLİ DƏRS VƏSAİTİ

Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev demişidir: “Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndiкcə öz кеçmişindən qürur duyur və  оnlаrdа öz sоyunа, кöкünə, millətinə bаğlılıq dаhа dа möhкəmlənir”. Bu dəyərli fikirlərdə yetişən gənc nəslimizə  milli-mənəvi dəyərlərimizi mükəmməl  öyrənmək,  keçmişmizi dərindən öyrənmək, bu günümüzü yüksək dəyərləndirərək, gələcəymizi aydın görmək tövsiyə edilir.   Bu cəhətdən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (Bakı: […]

Analar…

Kirpiyi ilə köz götürən analar. Övladının ən balaca uğurunu bir dünya bilib sevinən analar… Sevincini hamı ilə bölən, kədərini hamıdan gizlədən analar…  Səbri nəhayətsiz, dözümü hədsiz olan analar. Övladlarını yayda günəşdən, qışda şaxtadan, havadan, küləkdən qoruyan analar… Hamından az yeyib, hamından az yatan analar. Yorğunluğunu bacardıqca gizlədib, yalandan özünü şən göstərən, analar… Övladlar böyüyəndə onların səhv hərəkətlərindən, yanlış addımlarından zərrə-zərrə […]

Arazdan Turana kitabına ön söz

Abdulla Şaiqin “ArazdanTurana” adlı yeni seçilmiş əsər­ləri külliyyatına ədibin məlum nümunələrlə yanaşı, müxtəlif səbəblər üzündən uzun müddət nəşri yasaq olunan əsərləri də daxil edilmişdir. Oxucular da Şaiq irsinə maraq oyadacaq “Araz­dan Turana”, “İntizar qarşısında”, “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “İki muca­hid”, “Ülkər”, “Həyat– sev­məkdir” kimi sənətkaranə ya­zıl­mış onlarla poema və şerləri belə nümunələrdəndir. Mə­lum səbəblər üzündən Azərbaycan oxucusunun diqqə­tin­dən […]

“Ailə pedaqogikası” – dəyərli dərslik nəşr edildi

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşə­riy­­yə­tin də davamı üçün çox önəmli bir ünsür, hamı­nın rahat­lıq­la sığınıb isindiyi bir ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil edir.  Ailə məsələsi bütün dövr­lərdə insanları, dövlətləri düşün­dürən, onlar üçün hər şeydən zəruri olan bir məsələ­dir. Onun necə olması, hansı təməllər üzərində qurul­ma­sı, inkişafı,  övlad­la­rın tər­bi­yəsi millətin və dövlətin gələcə­yi­nin əsas […]

1 2 3 4