Yüksəlişimizin iki qanadı- Məktəb və müəllim

Məktəb, əcdadlarımız çox vaxt ona “məbəd” demişlər. Çünki məktəb və məbəd – hər ikisi eyni vəzifəni – insan yetişdirməyi, insanı kamilləşdirməyi, insanı ən yüksək səviyyəyə çıxarmaqla ona əbədi səadəti qazandırmaq vəzifəsini yerinə yetirən müəssisə olmuşdur. Bu baxımdan məktəb damarlarımızda axan qan, ciyərlərimizə çəkdiyimiz hava, doyunca içib yanğımızı söndürdüyümüz su kimidir, onsuz  həyat mümkün deyildir… Ölkənin, onun əhalisinin gələcəyinin sağlam və […]

Unudulmaz görüş

              45 ildən sonra görüşdüyüm əziz şagirdlərimə  (29.06.2013-cü ildə C. Cabbarlı adına kitabxanada müxtəlif  illərdə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbini bitirmiş  şagirdlərin  müəllimlərlə görüşünün təsiri altında )         Yığılın başıma ağ güllər kimi, Ən isti, ən əziz könüllər kimi, Bir vaxt olduğumuz o illər kimi İstərəm yenə də mehriban olaq. […]

Vahid Aslan: İnnovativ yenilik yoxsa kultroloji problem

Hadisələr elə sürətlə inkişaf edir ki, daha yüz ölçüb bir biçməyə vaxtımız qalmır. Fərqinə varsaq da, varmasaq da özümüzü bu zərurətdən təcrid edə bilmirik və bəzən bu sürətdən geri qalmağımız əksəriyyətimizdə bədbin notlar yaradır. Əlbəttə riyazi dildə ifadə etsək, söhbət funksiya adlanan sürətin arqumenti olan informasiyadan gedir. Son zamanlar “sürət əsri”, “informasiya müharibəsi” və. s. kimi terminlərlə tez-tez rastlaşırıq ki, […]

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin təsis etdiyi beş seriyalı “Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında

Yəqin oxucular   texnika elmləri doktoru  Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.           Məlumdur ki, SSRİ dağılıdıqdan sonra  onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər.  SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı.  Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi […]

Rüfət Lətif oğlu Hüseynzadə

Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur. Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə  106 yaşında dünyasını dəyişmişdir)  Naxçıvanda əvvəlcə məktəb və  mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən – Hüseyn Caviddən, onun qardaşı Şeyx Məhəmməd Rasizadədən, daha  sonralar Bakıda ali təhsilini […]

Anatoli Banişevski

Ömrün  autu O bütün  Azərbaycanınkı idi. O hamının sevimlisi idi. Ölümü ilə sanki unudulmaqda olan bu həqiqəti bir daha təsdiqlədi. 1997-ci il dekabrın 10-da qəzetlərimiz yas xəbəri ilə, nekroloqlu çıxdı. İlk imzalar prezidentin, baş nazirin, parlament sədrinin…. Demək həyatdan gedən sıravi insan deyildi. Amma dövlət və hökumət başçılarının ehtiramla vidalaşdıqları bu insanın gedişinə ən sadə insanlar da heyfsilənirdi axı. Çox […]

Nuğay Xasay oğlu Əliyev

Nuğay Xasay oğlu Əliyev-Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektrotexnikanın nəzəri əsasları” kafedrasının dosenti. 14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub. 1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi bitirib.  1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini bitirib.  1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib. 1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat […]

Təhsil fədaisinin portretinə cizgilər

Müstəqil Azərbaycan təhsilinin inkişafında xidmətləri olan insanlar barədə düşünərkən AzTU-nun dosenti, t.e.n. Nuqay Əliyevin adını çəkməmək mümkün deyil… Hətta cəsarətlə söyləmək olar ki, onun bu sahədə misilsiz xidmətləri vardır və çox təəssüf ki, geniş təhsil ictimaiyyəti bu haqda heç də kifayət qədər məlumatlı deyil… Bunun səbəblərindən biri odur ki, Nuqay müəllim özü çox təvazökar insandır. O, hər hansı bir işdə […]

Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti haqqında

“Təhsil” Cəmiyyətinin yaranması haqqında qısa məlumat.      “Təhsil” Cəmiyyəti 1989-cu il noyabr ayında təsis edilmiş və 1990-cı ilin avqust ayında Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ‘Təhsil” Cəmiyyəti 1993-cü ilin noyabr ayında təkrar qeydiyyatdan keçmişdir. Təşkilat 22 may 1999-cu ildə növbəti qurultayını keçirmişdir. “Təhsil” Cəmiyyəti könüllü-ictimai özünüidarəetmə formasında təşkil olunmuş qeyri-hökumət təşkilatıdır. […]

Öyrətmənim

Əziz Fəridə Hocam. Əziz Fəridə anam… Əziz Fəridə xanım… Haqqınızda yazmaq, yoxsa haqqınızı yazmaq… Yoxsa Bu ÜÇLÜYÜ birləşdirən, SİZDƏN  yazmaq… HOCA…ANA…XANIM…  Əziz Fəridə Hocam… Əziz öyrətmənim, HOCALIQ haqqınızı halal edin. Haqqınızda yazmağa yetərli, bişkin deyilik. Haqqınızı yazmağa HAQDAN icazəli deyilik…Yazmağa cəsarət etsək, SİZDƏN yaza bilərik… Onu da bacarsaq… 28 il öncə Sizi ilk dəfə sinifdə gördüm… HOCA gördüm… Öyrətmən gördüm… […]

1 2 3 4