Novruz Məmiş oğlu Məmmədov

Novruzun adı çəkiləndə, istər-istəməz, xəyalım məni Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində oxuduğumuz 60-cı illərə aparır… Nahar yeməyindən sonra dərsə hazırlıq məşğələlərinin başlama saatına qədərki istirahət vaxtlarında sinif rəhbəri və riyaziyyat müəllimimiz mərhum Ənvər Zeynalov bizi öz ətrafına toplayar, “Novruz, bir mahnı oxu, qulaq asaq”,-deyərdi. O da nazsız-minnətsiz bir xalq, yaxud bəstəkar mahnısı oxuyar, arada bizi segaha qonaq edərdi… […]