Səadət Kərimi

SƏADƏT KƏRİMİ

Elmlər doktoru, dosent

İsveçdə ” Qobustan – Azərbaycan Aydınlar Ocağı” kültür dərnəyinin başqanı ;

DAAB- Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin üzvü və mətbuat katibi

Səadət Məmməd qızı Kərimi – elmlər doktoru, dosent, yazar, professional tərcüməçi, İsveç Yazarlar və Tərcüməçilər Birliyinin üzvü və Avropada tanınmış diaspora fəalıdır. 2000-ci ilin əvvəlindən İsveçdə yaşayır, həm elmi-pedaqoji fəaliyyət göstərir həm də geniş diaspora fəaliyyəti aparır. Hal-hazırda İsveçin Yöteborg (Gothenburg) şəhərində yaşayır və həmin şəhərdə eyni adlı universitetdə dosent vəzifəsində işləyir.

Səadət Kərimi 1993-cü ildə, Sankt-Peterburq Dövlət Universitetini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) doktorand kimi elmi fəaliyyətə başlamışdır. O zaman adı Soltanova Səadət Məmməd qızı gedirdi (2000 ci ildə ailə qurarkən həyat yoldaşının soyismini qəbul etmişdir). 1999-cü ilin 7 May tarixində RMİ-da dissertasiyanı müdafiə etmişdir və Fizika-Riyaziyyat üzrə Elmlər Namizədi dərəcəsini almışdır. Öz elmi fəaliyyəti ilə yanaşı 1994 -cü ildən 1999 -ci ildə İsveçə gələnə gədər, Azərbaycan Elmlər Akademiyasının “İzvestiya Nauk Azerbaycana“, “Transactions of Academy of Sciences of Azerbaijan”, “Proceedings of Academy of Sciences of Azerbaijan. Mathematics and Mechanics” elmi jurnallarının redaksiyasında riyaziyyat-fizika-texniki elmlər üzrə məsul katibi vəzifəsində işləmişdir. İngilis və Rus dillərinə tərcüməçisi, redaktorluq ve korrektura işlərində məsul olmuşdur. Hələ Bakıda yaşayarkən AMEA nəzdində Avropa Komissiyası üçün Azərbaycan elminə aid müxtəlif tərcümələr etmiş və müxtəlif layihələrdə işlər görmüşdür.

Isveçə gələn kimi təhsilinin və elmi dərəcəsinin təsdiqini almış, 2001-ci ildən 2020-ci ilə qədər İsveçin Umea şəhərində eyni adlı universitetdə lektor (yəni mühazirə deyər müəllim) və elmi işçi/tədqiqatçı kimi çalışmışdır. 2006-cı ildə İsveç sisteminə uyğun yeni doktorluq işini müdafiə etmişdir, elmlər doktoru dərəcəsini almışdır. O zamandan bəri riyaziyyat sahəsi üzrə müxtəlif elmi jurnallarda 50-ə yaxın məqalələri çap olunub, müxtəlif ölkələrdə 100- dən çox elmi konfranslarda iştirak etmişdir. 2010-cu ildən İsveçin Gimnaziya Məktəbləri (Liselər) üçün hazırlanan Riyaziyyat üzrə Milli İmtahanlarının B kurslarının məsulu olmuşdur. 2016- cı ildən dosent (Ing. associate professor) vəzifəsində çalışır. Həmin ildən bu günədək İsveçin riyaziyyat elmləri Umea- Stokholm- KTH- Boros və Gothenburq universitetlərinin SONOMA adlı birgə elmi mərkəzində tədqiqatçı alim kimi, senior elmi işçi vəzifəsində çalışır. 

Səadət Kərimi eyni zamanda İsveçdə filologiya və dilçilik üzrə (İngilis Dili və Ədəbiyyatı, İngilis dilinin tarixi, Rus Dili və Rus dilinin tarixi, İsveç dili və ədəbiyyatı, İsveç dilinin öyrənilməsi və inkişafı) təhsil almışdır. 2018 ci ildə magister, 2020 ci ildə isə master dərəcəsinə yiyələnmişdir. Filologiya sahəsində tarixi və sosioloji yönlü elmi tədqiqatlar aparır.

Səadət Kəriminin 2020- ilin noyabr ayında İsveçin ”Diktonius” nəşriyyatında müəllifi olduğu ”Əks- sədalar. Şahidlər Qarabağdan, İrəvandan və Təbrizdən danışır” adlı kitabı nəşr olunmuşdur.   Efterdyningar : ögonvittnen berättar om Karabach, Tabriz och Erevan – Saadat Karimi – Häftad (9789186921781) | Bokus Kitab Qarabağın və İrəvanın tarixindən, Qarabağ münaqişəsi və Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı və bir çox mühüm mətləblərdən bəhs edir. Bu kitabda Səadət Kərimi ermənilərin şəcəriyyəsindən, Qafqaza miqrasiyasından, indiki Ermənistan Respublikası və Qarabağ ərazisində məskunlaşmağından, qədim Azərbaycan Türklərinin şəhəri İrəvanın erməni vandalizminə uğramasından geniş məlumat verilir. Həmin kitabın bir başqa bölümündə İsveçli xəritəçi və alim Filip Strahlenbergin Türk dili qrupunu kəşf edən ilk alim olmasından bəhs edilir. Kitaba həmçinin Səadət Kəriminin tərcümə etdiyi İsveçdə yaşayan yazarlarımız Eluca Atalı və Vahiq Qazinin əsərləri, və şairlərimizdən Ramiz Rövşən, Nigar Rəfibəyli, Aydın Əfəndi, Rəfiq Zəka Xəndan, Zivər Ağayeva və Adil Rəsulun şeirləri salınmışdır.  Bu şeirlər İsveç dilinə tərcümə olunmuş ilk Azərbaycan poeziya nümunələri kimi tarixə düşmüş oldu.

2017 ci ildə Bakıda ”Azərbaycanın Milli və Siyasi İdeologiyası Haqqında ” kitabı ”Elm və Təhsil” nəşriyyatında nəşr olunub.

2025-ci ilin noyabr ayında Səadət Kərimin müəllifi olduğu ”Bəxtiyar Vahabzadənin Həyat və Yaradıcılığında Ləyaqət” adlı əsəri qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” nəşr olunmuşdur. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR.

2024-cü ildə “Batı Avrupa’da Göçmen Edebiyatına Yönelik Tutumlar – Akademik Eleştirmelerde Türk Göçmen Edebiyatının Önemi ve Sorunları” adlı əsəri Türkiyədə, Bursa Uludağ Üniversitesində yayınlanmışdır. https://www.sivilstrateji.org/2024/BursaKongre2024.pdf

2024-cü ildə ”Hüseyn Sadiqin Güney Azərbaycanın Milli Oyanışında Rolu” adlı əsəri redaktoru professor Vagif Sultanlı olan “Yeni Dünya Düzəni və Güney Azərbaycan Problemi” kitabında dərc olundu.

2024-cü ildə “M.Ə.Rəsulzadənin Nizami yaradıcılığına feminist görüşlü yanaşması. Nizami əsərlərində Qadın mövzusu” adlı məqaləsi redaktoru professor Solmaz Rüstəmova Tohidi olan ”II Beynəlxalq Rəsulzadə Qiraətləri” kitabında dərc olundu.

2023-cü ildə ”Dünya elmində ana dilinin öyrənilməsinin önəmi və Azərbaycan kontekstində uyğulanması əsəri redaktoru professor Vagif Sultanlının olduğu “Ana Dili –Milli Varlığın Təməli” adlı kitabında dərc olunmuşdur.

2022-ci ildə “Dirilik – əqidə uğrunda çarpışmaqdan ibarətdir” adlı məqaləsi ”Nurlar” nəşriyyatında “Azərbaycan ədəbiyyatının sönməz məşəli: Əzizə Cəfərzadə – 100” adlı elmi araşdırmalar toplusunda çap olunmuşdur.

2022-ci ildə “Xaricdə Azərbaycan Simvolu – Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə Qərb tarixçilərinin dəyərləndirmələrində” adlı məqaləsi redaktoru professor Solmaz Rüstəmova Tohidi olan ”I Beynəlxalq Rəsulzadə Qiraətləri” kitabında dərc olundu.

2025-ci ildə Səadət Kəriminin İngilis dilinə tərcüməsində görkəmli yazıçı Əzizə Cəfərzadənin ”Bakı 1501” tarixi romanı İsveçin ”Lava” nəşriyyatında nəşr olundu. ”Qobustan” dərnəyinin təşkilatçılığı ilə Stokholmda 2026-cı ilin mart ayında kitabın geniş təqdimatı keçirildi.

Səadət Kəriminin 2018-ci ildə İsveç dilinə və İngilis dilinə tərcümə etdiyi və redaktoru olduğu, prof. Ədalət Tahirzadə və Dilqəm Əhmədin müəllifi olduğu ”Azərbaycan Cümhuriyyəti 1918-1920” kitabı ”Qanun” nəşriyyatında nəşr olundu. Həmin kitab daha genişlənmiş variantda İsveçdə Səadət Kəriminin redaktorluğunda ”Sivart” tarix kitabları nəşriyyatında 2020 ci ildə nəşr olundu.

Republiken Azerbajdzjan (sivart.se)

2018- ci ilin mart ayında İsveçin ”Diktonius” nəşriyyatında Səadət Kəriminin tərcüməsi və redaktorluğunda Vahid Qazinin ”Çöl Qala” romanı ”Hyresgäster” adı ilə nəşr olunub. Hyresgäster : berättelsen om människor som försöker bygga sin egen värld – Vahid Qazi – häftad (9789186921484) | Adlibris Bokhandel

2020-ci ilin mart ayında İsveçin ”Diktonius” nəşriyyatında Səadət Kəriminin tərcüməsi və redaktorluğunda Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı nəşr olundu. Vägen från Baku till Kairo och Stockholm – Azima Agalarova – häftad (9789186921699) | Adlibris Bokhandel

2023 ilin iyununda Səadət Kərimi, dosent, doktor Pərvanə Məmmədlinin “Güney Azərbaycanın Mətbuat Tarixi” kitabını ingilis dilinə tərcümə və elmi redaktorluğunu edib, Ön Söz yazıb və nəşr etdirib.   The press history of south azerbaijan | Adlibris

            

2026 ci ildə Səadət Kəriminin tərcümə etdiyi Norveçdə yaşayan Güneyli soydaşımız, yazar Məmmədrza Təbrizlinin “Qartal Balası” kitabından (2011) “İz” hekayəsi “Skritt Mot Lyset” kitabında dərc olundu (Ventura nəşriyyatı, Oslo).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir