“Mən bütün məzunlarımızla fəxr edirəm”

Print Friendly, PDF & Email

   Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbi 1961-ci ildə  rəhmətlik  Səkinə Əliyeva Naxçıvan MSSR-nın Maarif naziri olarkən (sonralar 1990-cı ilin yanvar hadisələri ilə bağlı Naxçıvan MSSR-nın  Ali Sovetinin  Rəyasət heyətinin sədri-Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqda fərmana imza atan qəhrəman qadın) mərhum İsa Məmmədov tərəfindən  təşkil edilmişdir və 1998-ci ilədək fəaliyyət göstərmiş, 1998-ci ildən bu günədək onun bazasında Naxçıvan şəhər 8№-li m­əktəb fəaliyyət göstərməyə başlamışdır.

Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində  mənə qədər direktor işləmişlər (1961-1971-ci illər):

İsa Məmmədov-5il

Bayram Məmmədov-3il

Həmzə Əhmədov-2il

İnternat-məktəb təşkil edilərkən İsa müəllim özü tanıdığı müəllimləri toplamış və gözəl kollektiv yaratmışdı. Naxçıvanın qabaqcıl və təcrübəli müəllimləri bu məktəbə cəlb edilmişdi.

Həmin il mən Naxçıvan rayonunun keçmiş Təzəkənd məktəbində rus dili müəllimi işləyirdim. İsa müəllimin çagırışı ilə mən də bu gözəl kollektivin üzvü oldum.

İnternat-məktəb açılarkən 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci siniflər olmaqla bütün siniflərlə fəaliyyətə başladı. O vaxt internat-məktəbə qəbul olmaq çox çətin idi. Çünki axın çox idi.

Mən Kəngərli Muxtar İsgəndər oğlu bu məktəbdə əvvəlcə rus dili müəllimi və tərbiyəçi, baş tərbiyəçi, 1972ci ildən 2001-ci ilədək isə, direktor vəzifəsində çalışmışam.

Bu məktəb həmişə Naxçıvan şəhərinin qabaqcıl məktəblərindən olmuş, 1985-ci ildə Azərbaycan Respublikasında fəaliyyət göstərən 64 internat məktəbi arasında keçirilən baxış müsabiqədə 1-ci yeri tutmuşdur.

O zaman internat-məktəbin şəhər ətrafında 3 hektar əkin sahəsi var idi. Burada şagirdlər müxtəlif tərəvəz məhsulları: pomidor, xiyar, qovun, qarpız və s. yetişdirirdilər. Həmin tərəvəz məhsulları tamamilə özümüzü təmin edir, artıq qalanı isə şəhərdəki uşaq baxçalarına verirdik.

İnternat-məktəbdə işlədiyim müddətdə onlarca məzunumuz məktəbi qızıl və gümüş medallarla, fərqlənmə attestatı və tərifnamə ilə bitirmiş,  Respublikamızın və keçmiş SSRİ-nin Moskva, Kiyev, Minsk, Leninqrad, Xarkov və s. şəhərlərindəki ali məktəblərə qəbul olunmuşlar.

Medalçı məzunlarımız: Səfərov Səməd, İbrahimova Gültəkin, Abbasova Zərifə, Abdullayeva Dilşad, İmanov Murad, Rüstəmov Eldar, Əliyev Kamal, Qazıyeva Fəridə, Həziyev Yadulla, Rüstəmov Elşad, Abbasova Məlahət, Fərzəliyeva Püstə, Qəhrəmanova Xəyalə, Seyidov Mirələkbər, Qasımov Kamal, Paşayev Muxtar, Quliyev Hidayət, Abdullayeva Dezdemona, Quliyev Fərrux, Hacıyev İnqilab, Dünyamalıyev Qoçəli, Əliyev Tofiq, Rəcəbov Talıb, Bəşirov Sədrəddin, Nəbiyev Hidayət və başqaları ali məktəblərə qəbul olarkən elə birinci imtahandan əla qiymət alaraq ali məktəblərə qəbul olunmuş və medalçı adlarını doğrultmuşlar.

Bütün bunlar qabaqcıl müəllimlərimiz Mikayıl Sadiqov, Şəfiqə Əliyeva, Qonça Tarverdiyeva, İbrahim Qazıyev. Zeynəb Hacıyeva, Kəmalə Ağayeva, Lətifə Kələntərli, Şəmil Rəhimov, Firuz Rəhimov, Xürrəm Rəhimov və başqalarının əməyinin nəticəsidir.

İnternat-məktəbin məzunları Əliyev Məhərrəm (A.R Prezident Aparatında şöbə müdiri), Həsənov Əli (A.R Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri), Əliyev Qafar (A.R Prezident Aparatında sektor müdiri), Xəlilov Şirin (Daxili qoşunlarda general leytenant), Əliyev Nizaməddin (tikinti sahəsi), Əsgərov Mirzə (həkim), Paşayev Muxtar (həkim), Qasımov Kamal, İsmayılov Cəbi, Seyidov Mirələkbər, Qasımov Ələkbər, Hacıyev Yenisey, Hacıyev İnqilab, Əliyev Tofiq, Rəsulov Əsgər, Dünyamalıyev Qoçəli, və başqaları hazırda Respublikamızda və onun hüdudlarından kənarda hüquq, elm, səhiyyə, tikinti, və xalq təsərrüfatının başqa sahələrində uğurla çalışırlar.

          İnternat məktəbin fəaliyyət göstərdiyi 1961-ci ildən 2001-ci ilədək 40 il ərzində (1998-ci ildən məktəb Naxçıvan şəhər 8 saylı orta məktəbi kimi fəaliyyət göstərsə də, həmin məktəbin təməli internat məktəbi olmuş, yəni orada oxuyan şagirdlər təhsil almağa məhz internatdan başlamışlar) həmin məktəbi 919 şagird bitirmişdir.

          Həmin şəgirdlərdən 13 nəfəri qızıl, 2 nəfəri qızıl medalı əvəz edən fərqlənmə attestatı, 14 nəfəri gümüş medal almış, 69 nəfər tərifnaməyə layiq görülmüşlər (ötən illər ərzində bu qızıl və gümüş medalların yerinə verilirdi) – bunların cəmi 98 nəfər edir. Hesab edirəm ki, bu pis göstərici deyil: faiz hesabı ilə 10,6% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, məktəbin tarixində elə bir hal olmamışdır ki,  medalla və ya fərqlənmə ilə bitirən məzunlar Respublikamızda və onun hüdudlarından kənarda yerləşən ali təhsil müəssisələrinə qəbul olmasınlar.

          Həmin məzunların bir qisminin adını yuxarıda qeyd etmişəm. Bu yaxınlarda onların tam siyahısı bu yazıya əlavə olaraq bu övraqda (saytda) yerləşdiriləcək.   

“Mən  bütün  məzunlarımızla  fəxr  edirəm”

Muxtar Kəngərli
Bakı, iyul, 2013-cü il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.