“Pedaqogika” dərsliyi barədə

Print Friendly, PDF & Email

Bu günlərdə çapdan çıxmış “Pedaqogika” dərsliyi (Р.Л.Гусейнзаде, Т.М.Мамедов. Педагогика.АДПУ, 2015. )Azərbaycan ali məktəblərində təhsil alan rus qrupları üçün nəzərdə tutulmuşdur.  İndiyə qədər tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə edirdilər. İndi isə  artıq Azərbaycan nəfəsi duyulan rus dilində dərslik tələbələrin ixtiyarına verilmişdir. Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə və dos. Tariyel Məmmədov tərəfindən 

ADPU- nun nəşriyyatında nəşr edilən dərsliyin redaktoru  prof. Ləzifə Qasımova, rəyçiləri prof. Hikmət Əlizadə, prof. Akif Abbasov, prof. Məcid İsmixanovdur. Dərslik pedaqoji təmayüllü ali məktəblərin və müəllim kadrları hazırlayan fakültələrin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulmuşdur. Dərslik dörd hissədən ibarətdir: 1. Pedaqogikanın ümumi əsasları; 2.Təlim və tərbiyə (Didaktika); 3. Tərbiyə; 4. Məktəbşünaslıq. Hər bölmə dolğun, məzmunlu yazılmışdır. Hər mövzunun əvvəlində plan verilmiş, sonunda ədəbiyyat siyahısı, sual və tapşırıqlar verilmişdir.

    Dərslik yeniliklərlə zəngindir. Burada verilən yeniliklər, Yeni pedaqoqji texnologiyalar, innovasiyalar, Yeni təlim metodları, fəal və intearktiv metodlar, habele distant təhsil, virtual təhsil, konstruktiv təhsil, inklyuziv təhsil, sinergetik təhsil, sinektika və s. bu kimi yeniliklər ilk dəfədir ki, yeni pedaqogika dərsliyində özünə yer tutmuşdur. 

    Dərslikdə Azərbaycan pedaqoji fikrinə də xüsusi yer ayrılmışdır. Belə ki, pedaqoji elmin inkişafında, yetişən gənc nəslin təlimi və tərbiyəsi haqqında, Azərbaycan məktəbinin inkişafında görkəmli Azərbaycan pedaqoqların, tanınmış şəxsiyyətlərin fikirləri, elmi -nəzəri ideyaları dərslikdə öz əksini tapmışdır. 

      Dərslik çox sadə bir dillə, oxunaqlı şəkildə, gözəl dizaynla hazırlanıb nəşr edilmişdir. İnanrıq ki, bu dərslkidən nəinki rus dilli tələbə qpuplarımız ,  həmçinin ana dilində təhsil alan azərbaycanlı tələbələr də, müəllim və pedaqoqlar da , pedaqgika üzrə tədqiqatçılar da faydalanacaqlar.

Rüfət Hüseynzadə,  pedaqoji elmlər doktoru, professor 

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.