Təhsildə texnologiyaların tətbiqi əhəmiyyəti

Print Friendly, PDF & Email

          Ulu öndər Heydər Əliyev tərəfindən əsası  qoyulan Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında göstərildiyi kimi, humanistləşdirmə, demokratikləşdirmə, humanitralaşdırma, inteqrasiya,  diferensiallaşdırma, fərdiləşmə, innovasiyalardan istifadə prinsiplərinə əsaslanaraq təhsil alanın elmi  dünyagörüşünün formalaşdırılması milli zəminə, ümum bəşəri dəyərlərə əsaslanan bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək, şəxsiyyəti formalaşdırmaq, sosial həyata hazırlamaq məqsədi təhsilin qarşısında  duran  mühüm məsələlərdir.

                “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ikinci strateji istiqaməti  təhsilin bütün  sahələrində – yeni pedaqoji texnologiylardan istifadə edilməsini,    innovasiyaların tətbiqini nəzərdə tutur.

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərir ki, intellektual inkişafın, elmi dünyagörüşün, yüksək təhsilin təkanverici amili İKT, yeni texnologiyalardır ki, yetişən gənc nəsil texnologiyalardan səmərəli istifadə etməli və bu prosesə fəal şəkildə qoşulmalıdır. Cənab Prezidentin Müəllimlərin XIII qurultayının iştirakçılarına gön­dərdiyi məktubunda deyilir: “Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırış­ları, bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin yeniləşməsini və müasirləşməsini tələb edir”.

           Təhsil sektoru qarşısında qoyulan – “Azərbaycan təhsilinin yeniləşməsi və müasirləşməsi”  dedikdə ilk növbədə təhsilin kompleks informatlaşması, təhsil sistemində İKT-dən intensiv istifadə, kompüter texnologiylarından səmərəli istifadə edilməsi nəzərdə tututlur. Cənab Prezident məhz elə bu barədə belə deyir: “Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürək­kəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma, biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq”.

Bu istqamətdə Respublikamızda ardıcıl işlər həyata keçirlir, dövlət səviyyəsində tədbirlər təşkil edilir, qərar və sərəncamlar  verilir.  

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020 – gələcəyə baxış” inkişaf Konsepsiyası” təh­silin inkişfında, təlim və tərbiyənin səviyyəsinin yüksəldilməsində yeni təlim tex­nologiyalarından, xüsusilə informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilməsini, dünya standartalarına uyğunluğunu tələb edi.

Bu günkü  təhsili, tədrisi, pedaqoji prosesi texnika və texnologiyasız təsəvvür etmək çətindir. Bu  gün təhsilimzidə distant təhsil, virtual təh­sil, innovativ təhsil, elektron dərslər, elektron lövhələr, elektron dərslik və dərs vəsaitləri, multimedialar, avtomatlaşdırılmış öyrədici sistemlər mövcuddur ki, bunlar tədris prosesini xeyli dərəcədə  yeniləmiş və təkmilləşdirmişdir.

          Bəs bu texnologiyaları, yenilikləri  təhsilə gətirən kim olmalıdır? Təbii ki ilk növbədə müəllim. Müəllimin yaradıcı fəaliyyəti, tədqiqatçılıq qabiliyyətləri, səriştəliliyi və peşəkarlığı onun  fəaliyyət  göstərdiyi işində yeniliklərdən istifadə  etməsi  və özünün də yaradıcı fəaliyyəti bu işin uğurlu təminatına səbəb olar. 

          Texnologiyalar daha çox “necə öyrətmək” məsələsini özündə ehtiva edir. Təhsil Strategiyasında göstərilir ki, “Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Bu gün məktəblərimizdə pedaqoji prosesdə, inklüziv təhsildə interaktiv təlim metodlarından istifadə getdikcə genişlənməkdə  və artmaqdadır. 

                    Bu cəhətdən tədris prosesində fəal və interaktiv təlim metodlarının tətbiqi, yeni pedaqoji texnologiyalardan, kompüter texnikasından, innovasiyalardan, elektron lövhələrdən, elektron dərslik və dərs vəsaitlərindən istifadə heç şübhəsiz tədrisin keyfiyyətini xeyli dərəcədə yüksəldir, təhsil alanların bilikləri daha səmərəli mənimsəmələrinə, biliklərin uzun müddət yadda qalmasına, həmçinin onların texniki bacarıqlarının və tədqiqatçılıq qabiliyyətlərinin inkişafına səbəb olur.

             Biz müəllim olaraq üzərimizə düşən əsas missiyanı düzgün baxış bucağından qiymətləndirməliyik. Yəni öyrənmə mühitini  maraqlı, yaradıcı və şagirdlərlə birgə öyrənməni düzgün təşkil etməliyik. Öyrənmə mühitində şagirdlər sərbəstliyi və səmimiyyəti müəyyən çərçivə daxilində hiss etməlidirlər. Bu zaman istədiyimiz nəticəni əldə edə bilməmiz üçün münbüt şərait yaranır. Şagird hər şeydən öncə onu bilməlidir ki,  o bu cəmiyyətin  bir üzvüdür və bu  cəmiyyətdə müəyyən sütuna malik olan şəxsiyyət yetişdirilir. Bu şəxsiyyət hərtərfli olmalı, olduğu sahədən asılı olmayaraq dövləti, xalqı üçün faydalı şəxsiyyət olmalıdır. Buna görə də daim dərslərinə yaxşı hazırlaşmalı, təlimə müsbət motivasiyası olmalı,  elmi yeniliklərlə mütamadi maraqlanmalıdır. Elmi yenilikləri daha tez və əlçatan şəkildə əldə etmək üçün isə şagirdləri texnologiyalardan istifadə etməyə həvəs yaratamalı, onlar dərk etməlidirlər ki, texnologiyalardan, kompüter texnikasından istifadə etmədən yüksək nəticələr  əldə etmək olmaz.

         Texnologiyadan düzgün istifadə edən şagird öz sağlamlığının, gələcək həyatının, insanlararası münasibətlərin sağlam formalaşdırılmasında özünü düzgün korreksiya edən bir dahidir. Çünki, bu özünü düzgün inkişaf etdirmək, təkmilləşdirmək deməkdir. Həm təhsil, həm tərbiyə, həm də inkişaf baxımından bu yolda biz müəllimlər təhsil alanlara düzgün bələdçilik etməliyik. Bunun da vacib tərəfi  müəllimin səmimi, intellektual mühitdə özünü şagirdlərlə birgə əməkdaşlıq etməsini göstərməsidir.  Məsələn, sinifdə heç bir dərsə marağı olmayan şagird varsa və bu şagird dərsi pozmağa meyilli isə biz onu danlamaqla, cəza verməklə deyil, onun maraq və meyl dairəsi tərəfindən özümüzə yaxınlaşdırmalıyıq. Tutaq ki, şagird telefonda daha çox oyun oynayırsa bilməliyik ki, ona telefonla bağlı hansı iş tapşırılarsa onu çox böyük  həvəslə edəcəkdir. Elə buna görə də – “pedaqogikada müsbət keyfiyyətə əsaslanaraq mənfi keyfiyyəti aradan qaldırmaq”- prinsipinə əməl edərək  şagirdin müsbət cəhətlərini tərifləyərək, onun mənfi cəhətini  aradan qaldıraraq biz  də  öz müsbət məqsədimizi həyata keçirmiş oluruq.

          Şagirdlərə ev tapşırıqları verilərkən evdə də texnologiyalardan istifadə edilməsini tapşırmaq çox yaxşı olar. Belə olduğu halda  tapşırığın  daha  yaxşı və həvəslə yerinə yetirilməsinə səbəb olar. Şagirdlər ev tapşırığının mövzusuna uyğun təqdimatlar hazırlaya bilərlər. Məsələn, biologiyada növbəti keçəcəyimiz yeni mövzu “Dərman  bitkiləri” olacaqdırsa,  biz şagirdlərə hər  bir dərman bitkisinin adını, təyinatını, onun təbabətdə və insan sağlamlığında faydaları haqqında məlumat verərəkən, həmçinin ev tapşırığı kimi, şagirdlərin özlərinin də  texnologiyadan, internet resurslarından istfadə edərək daha əlavə dərman bitkilərini toplamağı tapşıra bilərik. Şagirdlər bu işə çox həvəslə qoşularlar. Növbəti dərsdə şagirdlərin xeyli əlavə məlumat topladıqalarını görəcəyik. Toplanmış bu materiallar şagirdlər tərəfindən dinlənilir, təqdimatlar edilir. Beləcə, bütün sinif dərman bitkiləri haqqında geniş məlumata malik olmaqla bərabər, hən də texnoloji bilikləri artır, texnologiyadan bilik qazanamaq yollarını öyrənirlər. Eyni zamanda əlverişli, müsbət müəllim- şagird əməkdaşlığı yaranır, şagirdlərin biliyi artır, dərsin də maraqlı keçməsinə səbəb olur.   

       Qeyd edək ki, texnologiyadan düzgün istifadə edilmədikdə  onun insan orqanizminə mənfi təsiri də olur. Bu zaman müəllim fənninin tədrisndə texnologiyadan necə istifadə etmək qayadaları haqqında şagirdlərə məlumatlar da verərsə  daha  yaxşı olar. 

                                            Xəyalə Sərdar qızı Ramazanova

 Cəlilabad rayon, Cənub Tədris Mərkəzinin təsisçi-direktoru, Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi

xeyaleramazanova88@gmail.co

2 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.