Fikrət Əliəkbər oğlu Kazımov

(Fikrət Kazım)     15 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1978-ci ildən, orta məktəbin 10-cu sinifini və texniki-peşə məktəbini bitirdikdən sonra “Azərelektroterm” istehsalat birliyində fəhlə kimi başlayıb. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında xidmət etdikdən sonra həmin zavodda işini davam etdirib. 1982-ci ilin noyabrında Azərbaycan Dövlət Universitetinə hüquq fakültəsinin əyani tədris formalı hazırlıq şöbəsinə daxil olmuşdur.    […]

Əkrəm Məmmədli haqqında

Əkrəm 20-ci əsrin ərsəyə gətirdiyi qüdrətli tarzənlərdən biridir.Bu, dəbdə olan gurultulu söz deyil, həqiqətdir.     1991-ci ildə Türkiyədə yaşayan dostlarımdan biri Naxçıvanla həmsərhəd olan İqdır qəsəbəsində festifal hazırlıqlarından söhbətə başladı və xahiş etdi ki, Naxçıvan tərəfindən dəstək gəlsin.     Götür-qoy etdim, xüsusi rəğbət bəslədiyim Əkrəm bəyi bu işə qoşdum. Birgə ssenari hazırladıq. Əkrəmi mən uşaqlıqdan tanıyıram,  Azərbaycan dövlət […]

Göy Gündəb türbəsinin həndəsi naxışları

MARAĞA GÖY GÜNBƏD TÜRBƏSİNİN MEMARLIQ QURULUŞU Azərbaycan memarlığının XI-XIII yüzillərdə sürətlə inikişaf edib bişimləşən memarləq tiplərindən ən bitkini qülləvari türbələrdir. Dünya nenarlığında insan xatirəsini minumental biçimlərlə əbədiləşdirməyin ən uğurlu örnəklərindən olan bu xatirə tikililərinin adının önünə çox vaxt “slcuq” soyadı artırılı; intensiv bicimləşmə çağı XI-XII yüzillərdə Cəlcuq imperiyası hüdudlarında getdiyindən elmi ədəbiyyatlarda onlar hən də “səlcuq türbəsi” adı ilə tanınır. […]

Aydın Əlibəy oğlu Əzimbəyov

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında ilk Fövqəladə və Səlahiyyətli səfiri və Mərkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyovun  tərcümeyi-halı 1932 – Azərbaycan SSR-in Naxçıvan şəhərində Bilan (Bilən) məhəlləsində qulluqçu ailəsində anadan olmuşdur. Atası Əlibəy qulluqçu, anası Aminə xanım evdar qadın olmuşdur. 1937, əvvəli – Atası Əlibəy qaynatasından qalma evinin başqa evlərdən nisbətən böyük olması səbəbiylə həbs olunmuş və […]

Qədim yallımız barədə

Əziz  həmvətənlər!   Azərbaycan xalqının misilsiz  tarixi  yaddaş , folklar və etnoqrafiya nümunələrindən biri də yallılarımızdır. Biz “Aqra” EİDİB olaraq onların toplanması və xalqımıza çatdırılması ilə əlaqəli müəyyən işlər görməyi planlaşdırırıq…  Hazirda Sizə,  video görüntü formasında təqdim olunan 46 ədəd yallı nə yallılarımızın hamısını (tamını)  əhatə edir, nə də ifa baxımından ən yüksəkləri deyil. Sadəcə olaraq bu bir təşəbbüsdür…  Bu […]

Azərbaycan qadını ləyaqət tacıdır

  AİLƏ!!! Müqəddəsliyi ölçüyə gəlməyən bir amil. Dörd hərfdən ibarət olan bu kəlmədə nə qədər ülviyyət, nə qədər qüdsiyyət  var. Ailə ictimaiyyətin təməl daşıdır.  Ailə qurmaq! Bu, yetkinlik yaşına çatan hər bir insanın əsas vəzifəsidir, eyni zamanda Allahın qoyduğu yol və Peyğəmbərin buyurduğu vacib əməllərdən biridir. Məhz qurmaq. Yəni zərrəni-zərrə üstünə, qətrəni-qətrə üstünə yığmaqla ailə adlı bir saray ucaltmaq. Elə […]

Məhəbbət yoxsa, mərhəmət

     İki sadə söz… Sadə olduğu qədər də mürəkkəb bir söz. Çoxuna adi görünən bu kəlmələr ailə adlı möhkəm zəncirin halqalarıdır. Bu halqaların arasında güzəşt, mülayimlik, qayğı, ülfət, sədaqət daha nələri, nələri birləşdirən qeyri-adi cazibə qüvvəsi  var… Məhəbbət üzərində qurulan ailənin təməlində mərhəmət, inam, etibar, səmimiyyət olmazsa, belə təməl üzərində ucalan ailə sarayı uzunömürlü olmaz. Çox təəssüflər olsun ki, […]

Anaların şəfqəti

    “Övladlarınızın sizinlə yaxşı davranmaları üçün, siz valideynlərinizlə yaxşı davranın.” (Həzrət Əli (ə) –ın kəlamlarından. Analar! Bəşəriyyətə layla çalan analar! Nə ilə qaytarmaq olar sizin haqqınızı? Necə çıxmaq olar ana əziyyətinin borcundan? Necə qaytarmaq olar ana nəvazişlərinin əvəzini? Həzrəti Peyğəmbərimiz buyurub:”Cənnət anaların ayaqları altındadır!” Bu misalı hərə bir cür başa düşür. Kimi deyir ki, ananın ayağı dəyən yer cənnətdir. […]

Ramin Məmmədov haqqında

 Xalqımızı, Vətənimizi tanıdan, onun üçün çalışan müəllif haqqında Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının üzvü Ramin Hüseyn oğlu Məmmədov 18 aprel 1957-ci ildə Azərbaycanın Qəbələ rayonunda ziyalı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə tokar (tornacı) kimi  başlamışdır. Hərbi xidmətdə olmuşdur. Uzun müddət Rusiyanın Tumen vilayətinin Nijnevartovsk nəqliyyat millisində işləmiş, Sverdlovsk və Tumendə təhsil almışdır. Daxili işlər orqanlarında xidmətini Bakıda davam […]

BİBLİOQRAFİYA SİYAHISI

    Azərbaycanın tarixini müəyyən dövrlərini əhatə edən, əlavə olaraq daha da dolğunlaşmaya açıq olan BİBLİOQRAFİYA SİYAHISI 1. Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti tarixindən. B. Elm, 1995, 165 s. 2. Abışov V. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). B.: «Nurlan», 2005, 176 s. 3. Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri, Deportasiya, Soyqırımı, Qaçqınlıq. B. Qartal, 1998, 279 s. 4. Azərbaycan […]

1 26 27 28 29 30