İtirdik…Məhərrəm Zamanın xatirəsinə
Bu gün, 08.08.2013-cü il tarixində, onun 54 yaşı olacaqdı… 9 yanvar 2013-cü il. Saat 14:00. Məhərrəm Zamanın Neftçilər metrosu yaxınlığındakı kiçik nəşriyyatı. Qızlar öz işlərindədir, yazıb-pozurlar… Məhərrəm rəhmətlik Elman Əliyev haqqında “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???” adlı bir məqalə yazıb, “Unikal” qəzetinə jurnalist dostumuz Fərzuq Seyidbəyliyə internet vasitəsi ilə göndərir. 11 yanvarda Elmanın ad günüdür, dostları 54 yaşını onsuz […]