Ömür vəfa etsəydi
İlk dəfə idi ki, çox sevdiyim və hörmət bəslədiyim bir insan, sevimli müəlliməm Əqidə Ələkbərova ilə bağlı yazmaqda çətinlik çəkdim. Onun haqqında indiyə qədər bir neçə dəfə yazmışam. Lakin bu gün o, həyatda olmadığı vaxt söz demək, onu anmaq mənə ağır gəlir. Əqidə Ələkbərova ilə bizim hələ bu yaxın günlərdəki söhbətlərimizi xatırlayanda, xəyalən onun Naxçıvan Musiqi Texnikumunda bizə dərs deyərkən […]