Bunlar qəribəliklər deyil, amma həqiqətlərdir…

Print Friendly, PDF & Email

Deyilit ki, Bütün Aləm, bizi əhatə edən Aləm, bizim bir payımız, bir hissəmizdir!
Qəribədir, Bütün Aləmlər, bütün Cisimlər, bütün varlıqlar, necə bizim bir hissəmizlə, buzim bir hissəmiz ola bilər ki?
Çox maraqlı bir ifadədir, “Bizimlə biz, Onlarla biz!” (müəllifdən).
Ətrafa, bizi əhatə edən Aləmə baxdıqda, bütün varlıqların heç də, bir mə’nasız varlıq olmadıqları aydınlaşır!
Bütün insanlar, bir çox hallarla sıx bağlılıqdadırlar!

Yer üzündə, insanın özünə aid olan Ağacı, rəng çaları, ədədlər arasında rəqəmi, qida çeşidi, daşıdığı Adı, sənəti-peşəsi və s. onun özü ilə sıx bağlılıqdadırlar!
Bir neçə, məqama baxaq!
Xalq arasında belə bir deyim var, “Suda boğulan adam, saman çöpünə əl atar”, sözsüz ki, bu deyim Məcazi mə’na daşıyır!
Yə’ni, saman çöpünün fiziki kütlə çəkisi, insanın fiziki kütlə çəkisindən qat-qat azdır, aşağıdır! Bu səbəbdən suda olan o, həmin saman çöpü onu, o adamı xilas edə bilməz!
Mə’na e’tibarı ilə düzgündür, amma Məntiqi baxımından yanlışdır!
Yuxarıda deyildiyi kimi, hər bir adamın özünə aid olan, bir xilaskar məfhumu var!
İnsanlar arasında belə bir fikir formalaşıbdır ki, bütün Bitkilər və Heyvanat aləmi, ağılsız, şüursuzdurlar!
Onda yenə də, bir sual çıxır ortaya, əgər ki, həmin Bitkilər və Heyvanat aləmi belə “şüursuzdurlarsa”, bizim onlardan qidalanıb bəhrələndiyimiz, buğdasından, meyvəsindən, unundan, südündən, ətindən, yağından, yumurtasından, balından istifadə etdiyimiz, Pambığından, İpəyindən e’mal etdiyimiz, ağac taxtadan, məişət avadanlıqları düzəltdiyimiz, inək, qoyun, keçi dərisini aşılayıb, onlardan geyim düzəldib, “bu ilin dəb forması”, dediyimiz o əşyalar və s. onlardan, istifadə etdiyimizdə bizim özümüz necə, onlardan bəhrələnib, sonda, “şüursuz, ağılsız”, oluruqmu? 
(Çünki, bizim özümüz canlı olaraq, onların var olmasından çox asılıyıq).
Qətiyyən yox, o səbəbdən ki, bütün varlıqlar, Bitkilər Aləmi və Heyvanat Aləmi ağıl, şüur, yaddaş daşıyıcılarıdırlar!
Köklü olaraq o düşüncə yanlışdır ki, bitki və heyvanat aləmi, Ağılsız, Şüursuzdurlar!
Baxaq bir neçə hala!
Qarışqalar, torpaq altında yuva qurarlar! Bütün qarışqalar mövsüm ərzində, yuvalarına azuqə daşıyarlar!
Yuvalarının giriş hissəsini elə bir mühəndis, me’mar ustalığı ilə, bağlayarlar ki, qışın şaxtası, yazın əriyən qar suyu, yaz yağışları o yuvalara dolmaz, o qarışqaları məhf etməz!
Baxaq quşlara!
Bütün Quşlar yuva qurar, onlar elə bir ağac çöplərini, budaqları tapıb biri-birinə uyğunlaşdırar ki, nə yağış, nə külək, nə qar ağırlığı, o, yuvaları uçurub, dağıda bilməz! (Ağıl, Şüur burda gərək).
Qayıdaq əsas məsələyə!
Bütün insanlar uğura, rahatçılığa, sakitliyə, ümidə, sevincə, sağlamlığa, möhtacdırlar!
Bizi əhatə edən Aləm içərisində, onların hammısı var, mövcuddurlar!
Çünki bu Aləmin özü də, elə onun üçün mövvuddur!
Elə yerdə, elə halda, elə məqamda, elə bir “o, saman çöpü”, bir budaq, bir ədəd, bir rəqəm, bir rəng, bir ad, bir qida çeşidi tapılıb, ona bəxş oluna bilər ki, o, dönüb ona, bir xilaskara çevrilər ki, insanın bütün həyatı uğurlarda yaşanar!
Bu material aləmdə, materiyanın öz təsnifatında, onlarda, o, uğur istəklərimiz, örtülüb, sirriləşdirilib, gizlədilibdir!

Vahid Rzaev.

facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.