Page 98 - Vahid Rzayev
P. 98
96
Yaylaqda, Zor – bulaq yaxınlığında göl yerləşir.
Zor bulağın suyu o gölə axmır.
Maraqlı cəhət bundan ibarətdir ki, Zor – bulaq yaxınlığında yerləşən (orta su tutumlu)
təbii göl, oval (ellepsoid) tiplidir.
Oval tipli o göl günəşin çıxma və batma vaxtının tam göstəricisi modelidir.
Göl daxilində həmişə hərəkət edən ada, yerin günəş ətrafında hərəkət vaxtını bildirir.
Göl daxilində hərəkət edən ( o ada oval tiplidir) ada, Cənubdan, Şimala ovalın
uzununa tən bölən xətt üzrə hərəkət edir. Göl quruluşu, Cənubla, Şimalı göstərir.
Sübh günəşi Uş ərəfəsində, ada gölün cənub sahilində dayanır.
Gün çıxdıqdan sonra, gün ərzində o ada Cənub sahilindən, Şimal sahilinə tərəf düz
xəttlə hərəkət alır.
Çox maraqlı hal, günəşin çıxma anından, günəşin qüruba çatdığı vaxtda ada Şimal
sahilə çatır.
Günəşin gün ərazində qət etdiyi məsafəni hərəkətdə olan ada şimal sahildə
tamamlayır.
Gün batmağına baxmayaraq gecə boyu o ada cənub sahilə doğru dayanmadan hərəkət
edərək sübh günəşini gölün cənub sahilində qarşılayır.
Yəni gün o biri yarım kürəyə keçməyinə baxmayaraq ada o günəş hərəkətini sinxron
müşayət edir.
Bu hərəkətlə göl daxilində o ada, heç vaxt hərəkət sür`ətini dəyişmir gün işığının (
hava buludlu olsa da, qış fəsli olsa da) yer kürəsinə düşməsini və yer kürəsinin günəş
ətrafında bucaqda yer dəyişməsini karıxmadan “qeyd” edir.
Bu gölün ( orta su tutumlu) tarixi çox – çox qədimdir.
Göldəki ada yer kürəsinə nisbətdə günəşin hündürlük bucağını, hərəkət bucağını
dərəcə - dərəcə bölgülərinin göstəricisinə çevrilir.
Günəşin hərəkət trayektoryasını bildirir.
Naxçıvan ərazisindən o göl, o ada günəşi təşəkkürlə, sevinclə müşayət edir.
Naxçıvan şəhərində maraqlı bir arxitektura incisi də qaya silsiləsi üstündə inşa edilmiş
Mömünə - Xatun türbəsidir.
Türbə on kitabədən ibarətdir. O, əzəmətli türbə bir dayaq üstündə inşa edilibdir. O
türbənin on kitabəsi mə`na daşıyıcısıdır. Yə`ni səhər günəşi çıxdıqda hansı kitabəni
işıqlandırırsa (Şərqdən) günün qürubunda Qərbdə o kitabəni işıqlandırmaqla
tamamlanır.
Əbubəkr Əcəmi Naxçıvani Mömünə - Xatun türbəsini müqəddəs qaya silsiləsi
üzərində inşa edib.