Page 103 - Vahid Rzayev
P. 103
101
Dünya tufanından sonrakı mərhələlərdə, suyun tədricən çəkilməsi ərəfələrində,
ərazidə yerləşən, Ağrı – dağı dəfələrlə, ardıcıl vulkan püskürmələri ilə, müşahidə
olunub.
Bu ərəfədə, yer üzünün yeniləşməsi, ərazilərdə yeni İlahi İşıq, sahələri kimi “bəyan”,
olunurdu. Bu hallar da, zəlzələlərlə müşayət olunub. O İşıq sahələrindən biri də
Azərbaycan, Naxçıvan ərazisi idi.
Yer üzündəki yeniliklərindən biri də, Azərbaycanda, Abşeronda, xüsusi ilə, Naxçıvan
ərazisində, bir çox yerlərdə, yer altından qalxan, görünən alovlanan oda, Ata-ş (yə`ni
Ata, İlk, Aparıcı, İşıq Sahib Olan – ona “ş” sonluğu ilə tələffüzü, İşığın, istiyə
çevrilməsi anlamı daşıyıcısıdır) adı verdilər. “Ata” – kəlməsi, düzünə və ya əksinə
deyildikdə də, o dəyişilməyən (güzgü effekti), sabit olan, dəyişməz, mütləq olan,
anlayışı kimi də, qəbul olunub.
Bütün hərəkətlərə, başlanğıclara və tükənməyən davamiyyətə, səbəb kimi “Ataş”- İşıq
və istısi olan, Mütləq olan, anlamı daşıyıcısı idi. Yanar dağı, torpaqdan qalxan,
şölələnən od, Ataş – gəh (güc), kimi də adlandırılırdı.
Naxçıvan şəhər istiqamətindən Qərb səmtində olan dağda, vulkan püskürmələri
sakitləşdikdən sonra, Naxçıvanda, Gəmi – Qayadan görünən (qərb istiqamətə) dağın
parlaq İşıq saçması, o dövr insanlarda İşığın, odun görünməsi, bir sevinc bir maraq
doğurdu.
Tufana qədər olan mərhələdə o insanlar oddan istifadə edirdilər. Bu ərəfədə görünən,
şölələnən odun, alovun görünməsi qəribə deyildi, qəribəlik onda idi ki, Ağrı – dağda
baş vermiş o vulkan püskürmələrindən sonra, o dağ, Zərli İşıq saçırdı.
Amma, xilas olmuş o ailələrə, o insanlara, o ərəfədə od, isti əldə etmək, çox çətinlik
törədirdi. Amma İşığın, odun görünməsi, şölələnməsi sanki o insanlara bir sevinc,
müjdə, bir xilas, ümid bəxş etdi.
Çünki bütün bəşəriyyətin, bütün canlıların, bütün varlıqların, yer kürəsinin özü,
mərkəzdə yerləşən nüvəsi də, İşığa, isti ilə Ataş-a möhtac yaranıblar. Törədici,
Törədəcəyini - istidə, isti ilə Törədir! (Ana isti, bala isti).
O ərazi və ərazidə xilas olmuş Nuh ailəsi və o insanların xilasına da, bir səbəb olmalı
idi. Ərazinin bə`zi sahələrində torpaq altından şölələnən od, dağda görünən od, İşıq, o
əraziyə, Kainat Bəxşı və Kainat Baxışı idi.
Ərazi və o dövr insanların, nə üçün xilas olunduğu İşıqla, isti ilə o ərazinin bir
“Diqqətdə” – olduğu kimi, xarakterizə oluna bilərdi.
Bəxş olunan o işıq, o parlaqlıq, o alov, onun əlaməti idi ki, dünya tufanından sonrakı
olan, bütün mərhələlərə, həyata, yaşayışa başlanğıc, törədici İşıq əlaməti kimi
bəyanlaşsın. (Zər, İşığın - pay hissəsidir. O, zərrə, çox parlaq, çox tərəfli, hərəkət
trayektoriyalarında dayanmayan, biri-birinə dəyməyən, toxunmayan, kütləsi olub,
çəkisi olmayan, vaxta-zamana sığmayan, Kainat boyu hərəkətdə olan, bütün kütlə və