Page 107 - Vahid Rzayev
P. 107
105
idi.
Onlar Baba yurduna gələn baba qonaqları idilər. O qonaqlar ərazi haqda mə`lumatlı
olduqlarından, sanki bir daha İşığa, Xilasa qovuşmaq istəklərində idilər. Bu gəlişlər,
Baba yurdunda, Ata yurdunda, Baba məzarını, ziyarət edib, o Böyüklüyə təşəkkür
mə`nası daşıyırdı.
Çox maraqlı hallardan biri də, o idi ki, ərazimizdə olan duza, ətrafda qığılcım saçan
daşlara, böyük təşəkkürlə baxıb, baba ərazisindən, özləri ilə işıq payı aparırdılar. O
daşları ki, biri-birinə vurduqda (çaxdıqda) qığılcım saçırdı! O daşlara “çaxmaq daşı”-
deyərək, “çax”- zərblə biri-birinə vurmaq, “maq”- isə işıq saçan, İşıq yayan, işığın
“qığılcımı”- kimi adlandırırdılar.
Ərazimizdə və dağ ətəyində olan qığılcım saçan o daşlara, “qovv”, “qavv”, sonrakı
mərhələrdə, tələffüslərdə “v”-düşüb, “f”- kimi tələffüz edilərək Qaf dağı, Qaf ərazisi,
İşıqlar, Qığılcım, İşıq saçan ərazi kimi adlandırılıb.
Ərazini Qaf-qal, sonda Qafqaz kimi adlandırıblar. Bu anlayış və adlıqla Qaf dağı,
Qafqaz dağı, Qafqaz sıra dağları kimi ad daşıyıcısına çevrilib.
Zər, qığılcım saçar anlamını, Hindistanda “Benqal odları” (çubuqda) indinin özündə
də, şad günlərdə, bayram günlərində alovlandıraraq, bayramı Zərlə, qığılcım işıqları
ilə yad edirlər.
Bu icra çox-çox qədim olan yaddaşdan gələn bir icradır. Yer üzündə, dövlətlərdə
bütün bayramları Atəş fəşanlıqla, səmada İşığın zərrənin parıltısı halı ilə qeyd edirlər.
Çünki Zər, qığılcım yaradıcı, törədici İşıq payıdır, əminamanlıqdır. Zər, İşıq -
dağıdıcı, məhv edici, viranə edici deyil.
Çox sonralar odlu silah düzəldilərkən o ad daşıyıcısı, “çax-maq”, o sılahın əsas bir
detalı kimi adlanıb.
O çaxmaq daşlarından yaranan qığılcımlara “zər, parlaq qığılcım”- deməklə bizim
ərazinin daşları qığılcım saçan, torpaq altından şölələnən odları görüb, ərazimizə
Odlar, Ata-şlar Yurdu, İşıqlar Yurdu ərazisi kimi ad verib, adlandırıblar.
Min illərlə Azərbaycan, Abşeron, Naxçıvan ərazisində yer altından qalxan, odlar
şölələndiyindən ərazimizə “Odlar yurdu” adı verilib.
Amma çox yerinə düşəcək bir sual, bir maraq yaranır bu anda bu məqamda ona görə
ki, əgər bu ərazinin ilki, özü, Zərlə, işıqla idisə, İşıq əhatəsində idisə, bəs bu işıqların
aqibəti nə oldu, necə oldu?
Ən maraqlı, ən düşündürücü hal oradadır ki, 1970-ci illərdə Kosmik elmi tədqiqatlar
üçün Sovet (o vaxtkı) Kosmonavtları, kosmosa elmi ekspedisiya uçuşları keçirərkən,
kosmik gəmi içərisində olan kosmonavtlar, kosmosdan maraqla (doğrudan, çox
maraqlı görüntüdür) yer kürəsinin səthinə baxarkən, kürə boyucan ancaq bir sahəni
güclü işıq içərisində olduğunu müşahidə ediblər.