Page 108 - Vahid Rzayev
P. 108
106
Fiziki coğrafi xəritəyə baxarkən o sahənin Azərbaycan ərazisində, Naxçıvan Muxtar
Respublikası olduğu aşkarlanıb və bilinib. Uçuşdan sonra o Sovet kosmonavtı
Naxçıvana gəlib və ərazini çox heyranlıqla seyr edibdir.
İşıq varsa Dönməz. Olan O İşıq Sönməz, o İşığı “söndürmək”- olmaz.
Tufandan xilas olmuş insanlar arasında, “Zər” – (zər – ziba, parlaq örtük, tanınmış,
seçilmiş insanların üst geyimi, gözəlliyi, şaha, padşaha layiqli olan), “Bab”(aparıcı,
uyğun olan, natiq, birliyə toplamağı bacaran, qabaqda, öncül olan, “Ona” inam olan,
İnam daşıyıcısı), “Maq”-(işıqlı, işıq saçan, işıq yayan, işıqla kömək edən, gücə, işıq
gücünə malik olan), onun əksi isə, “Qam”- (Kainatın yaranış anı ərəfəsində yeddi
tamda, bütün məvhumlar cəmi yeddidə qərarlaşan, rənglər, səslər yeddidə cəm edilən,
mütləq olan, iç – içə, biri-birini tamamlayan mə`nası), “Kahin, Kahinlər” - (odun,
inancın, işıq mə`bədinin nəzarətçısı, qoruyucusu yeddi tamın, yeddi cəmdə, yeddinin
yer anlamında Kainatla bir bağlılıqda olan, müqəddəs olan İşıq o İşıqdan törənən və
törədicilıyi bəyan edən mə`nası) “Dur”- durlar (sonralar tur, turdan-tura bir
mərhələdən başqa mərhələyə keçmək, İşığın mərhələlərlə yayılma sərhəddi, mərhələ,
sərhədd, məsafə,sərhədliliyi qoruyan, sədd, istinad, divar, mövqe saxlayan) və.s kimi
bildirilirdi.
Bu qəbildən olan o icraçılar inam və inancından heç vaxt dönməzdilər. Bütün zərlər,
bablar, maqlar, qamlar, kahinlər, durlar və s. Həzrəti Nuh ailəsınin nümayəndələri
hesab olunublar.
Onlar İşıqlılar, İşıq daşıyıcıları, İşıq inanclılar idilər. Onların bir adı da, “Kimsənələr”
– hamı arasından, çoxları arasından seçilmiç olanlar, çoxları ilə bərabərləşməyən kimi
də, qəbul edilirdi.
Azərbaycan, Naxçıvan yə`ni İşıq daşıyıcıları, İşıq sahibləri kimi də adlandırılırdılar.
Zərlər, A-Zərlər, Azərilər bizə özümüz yox, gələnlər, baxanlar bizi belə ad veriblər. O
adlardan biri də “Tolerant” – adıdır. Gələnlər bizə baxdılar-baxdılar, düşündülər-
düşündülər ki, hər gələnə çox diqqətlə yanaşırlar, qonaqpərvərdirlər, hamı ilə
bölüşürlər.
Bu baxış, tamamı ilə düzgün baxışdır. Biz bu əraziyə heç bir yerdən gəlməmişik,
amma bu ərazidə ilkdən var olmuşuq. Hər gələni də, özümüzə qonaq bilmişik.
Amma çox qədim xəritələrdə Xəzər dənizi “Kirkan”- dənizi adı ilə adlandırılırdı.
Sonrakı tarixi mərhələlərdə Haa-Zərlər (Haa - tükənməyən, davamlı, qurtarmayan,
bitməyən, sonu görünməyən Zərlər, işıqlılar kimi) adlandırılaraq “h”- düşərək, “x”-ilə
əvəzlənib. Xə-Zər kimi, tələffüz olunub.
Azər dedıkdə, o tarixi ərəfə, ərazi ilə - ərazidə məskunlaşmış insanlar nəzərdə tutulur.
Azər-İ dedikdə, “İ”- cəm şəkilçisi kimi ifadə olunaraq, Azər-in özlüyünün, məkanının
ifadəsidir.