Page 105 - Vahid Rzayev
P. 105
103
Sonralar Gəmi – Qaya ilə uzaqda görünən Ağrı – dağ arasındakı düzəngaha Ərlər,
Ərənlər – (sahiblər, ərazi sahibləri, od, İşıq sahibləri) düzəngahı adlandırırdılar. Çox
sonralar, “ə”- düşərək, “a”- kimi tələffüz edilərək, “ Ar”, “Arlar” - kimi ərazinin,
düzəngahın sahibləri, adlanıblar. Bir çox alfavitlərdə, “Ə” – hərfi olmadığından, “
Ərlər” - sözü, “a”- hərfi ilə, tələffüz olunub. Arlar - kimi deyilib.
Amma köklü ad daşıyıcısı, Ur – (tufana qədərki ərazi, ad daşıyıcısı), sonra əlavə
olunan isə, Ər – ( sonralar “ar”-kimi, o ərazinin İşıq sahibləri), Dur – (qalx, dikəl,
vaxtdır, o zamandır, fikir - söz sənindir) sözü, həm ərazi, həm ərazidəki sahiblər, həm
də onun xarakteri göstəricisi, adı idi. Bunların cəmi olaraq, bir ad daşıyıcısı Ur-ər-dur-
deyə adlandırıldılar. (Urardu).
Amma o tonqallar yanarkən, onun qırmızı, yandırıcı və ağrılı olduğunu bilərək o
dağa, o Oda - ağrılı, (pis mə`nada yox, bu ərazi və bu işıqlara daha doğrusu,
toxunulmaz olan “bəd fikirli olsan - ağrısını çəkərsən”, deyərək onu Müqəddəs hesab
etdilər). Onunla yanaşı, daha ərazinin də, Tanrı Baxışında, Tanrı Nəzərində olduğu
qənaətinə gəldilər.
Amma, bir həqiqət də ondadır ki, sonrakı tarixi mərhələlərdə Azərbaycan və xüsusi ilə
Naxçıvan ərazisinə hərbi yürüşlər edən, bütün sərkərdələrin son yürüşü, və bu
yürüşlərdən süqut mərhələləri başlayıb.
Xronoloji olaraq, tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər aşkar olunacaq.
Sərkərdələrin, başqa ərazilərə nəzərdə tutduğu yürüşlərin uğursuz aqibəti,
Azərbaycandan, Naxçıvandan başlayıb, Naxçıvana yürüşlərindən də elə, süqutları
başlayıb! İşıq Sahibinə, Sahib olmaq olmaz, çünki bu ərazinin Azərbaycanın, İşıq
Sahibi var.
Həmin Qaf (qovv), Ağrı – dağı, Azərbaycan ərazisində, Naxçıvanın (Qərb
istiqamətində) Türkiyə ilə indiki coğrafi sərhəddində, Əzəmətlə yerləşir.
Ağrı - dağ ətəyindən, yer altından qalxan od, min illərlə, əsrlərlə daşlar arasından
alovlandığından, uzun müddət ərzində, o daşlar yanaraq böyük, kiçik (kütləsindən
asılı olmayaraq), çox yüngülləşdiyindən, o daşlara Naxçıvanda,”puff”, “fuff”, “tuff”-
daşı deyiblər.
Bu adı, ona görə belə adlandırıblar ki, yə`ni yüngul olub (məcazi mə`nada - püləsən,
lələk kimi uçar) tikinti yükünə tab gətirməyən, tikintiyə yararlı olmayan, bir daş kimi
adlanbırıblar. Əlavə olan adlardan biri də, “Daban daşı”- yə`ni dağ ətəyinin
dabanından, aşağısından yığılan, yanmış, yüngülləşmiş daş kimi də, adlandırıblar.
Naxçıvanda xalq arasında deyərlər ki, “tuffağın dağılar, tiffağın dağılar”- bu deyim
heç də, qarğış mə`nası daşıyıcısı deyil. (bu əslində, “etdiyin, edəcəyin iş, boşdur,
yüngüldür, o etmək istədiyin işin, “yükünü”, daşımağına dəyməz, o yüngül, boş,
mə`nasız bir işə baş qoşma, o dağılar”) xəbərdarlıq mə`na daşıylcısı olub.