Page 104 - Vahid Rzayev
P. 104
102
varlıqlardan maniəsiz və çox sür`ətlə keçən və bütün varlıqların törəməsinə, Aparıcı
işığın, pay, hissə, Zərrə halıdır).
O insanlar sevinclə, inamla dağa tərəf gedərək, o dağın ətəyində görünən torpaq
altından şölələnən oda, maraqla baxırdılar. Maraq və zəruriyyətdən o odu, özlərinə
tərəf, Gəmi qayaya tərəf, (hələlik dağlara, daşlara, qayalara sığınmışdılar) aparmaq
haqda düşünməyə başladılar. Məsləhətləşmələrdən, müxtəlif düşüncələrdən sonra belə
bir qənaətə gəldilər ki, dağ ətəyindən o odu, atəşi biri-birindən aralı, tonqallar
yandırmaqla aparmaq mümkün olar.
Ağrı – dağdan, Gəmi - qayaya tərəf, ilk tonqallar, biri-birindən aralı çatıldı, qalandı.
Bir tonqaldan o biri tonqala oddan - od daşındı, alışdırıldı. O tonqalların sönməməsi
və nəzarət edilməsi üçün, isə, ilk Kahinlər seçildi. Onlar odun, tonqalların
sönməməsinə xidmət edirdilər. Bununla odun, alovun, yalovun, halovun tonqallar
qalamaqla, od məsafələrini qısaldaraq, ilk od, tonqal Gəmi qayaya tərəf
istiqamətləndi.
Daha gecələrin müddətləri şən, maraqlı olmağa başladı. Gecələr odun, alovun,
tonqalların çox uzaqdan ilk od mənbəynin Ağrı – dağ istiqamətini, göstərməsi də,
həyata böyük inam və ümid verirdi.
O tonqallar artaraq, uzanaraq Gəmi-Qayaya , Agrı – dağ ətəklərindən Azərbaycanın
bütün böyük ərazilərinə tərəf böyüdü, uzandı, artdı. Ona görə ki, tonqalların işığı
Qovv, Qavv, Qaff dağı tərəfdən başlayaraq, böyük sahəni, ərazini, gecə-gündüz,
işıqlandırırdı.
Bu ərəfədən başlayaraq bütün baş vermiş o hadisələri, o dövrü, ərazinin adını, Tanrı
İşığı, yazın başlanğıc anının Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş
verdiyini, Zər-van ərazisində, (sonralar Zurvan, onun əksi yazısı Navruz) çaxmaq
daşları vasitəsi ilə, bütün daş, dağ, qayalara döyülərək o tarixi hadisəni gələcək
törəməyə bildirmək üçün işarələrlə (ilk simvollar) döyüb yazdılar və tarixləşdirdilər.
O ilk daş üstü, qaya üstu yazılar, təsvirlər pərakəndə yox, ardıcıl daş üzərində,
kitabələr idi.Çünki əl altında olan ancaq daş var idi. Bu yer üzünə, ilk Səlnamə yazısı
oldu, və min illərlə yazılacaq bütün səlnamələrə, bir başlanğıc oldu.
İstər-istəməz çox maraqlı suallar çıxır ortaya. O suallardan biri, çox maraq doğuran,
çox düşündürücü bir məqam da ondadır ki, o dövr, kəsici, yonucu, deşici metal alətlər
olmadığı halda, o dövr insanlar əl, ayaq dırnaqlarını necə qıssaldırdılar?
Əgər əl, ayaq dırnaqları qıssaldılmasa idi, nəinki yerimək, heç əllə də, bir şeydən
tutmaq, yapışmaq da, mümkünsüz olardı. O dövr o insanlar sərinlər düşəndə, su
içərisindən yığdıqları qəmişləri, daş altında döyərək pardaqlayıb, onların köməyi ilə
(o polad kəsicidən də çox iti olur) məişətdə və onların vasitəsi ilə bir çox, işlərini
yerinə yetirirdilər. Suda, su hövzələrində üzmək üçün də, qəmişdən düzəldilmiş
qayıqlardan da, istifadə edirdilər.