Page 102 - Vahid Rzayev
P. 102
100
Hərəkətlər yoxsa, nəm yoxdur.
Nəm yoxsa, isti yoxdur.
İsti olmasa, Su, yoxdur.
Su yoxsa, yaranış yoxdur.
Kainatdakı, bütün küllü - kütlələr, nəm, temperatur və hərəkət əhatəsindədirlər.
15.08.2015
***
Zər, Azər
Yer üzünün ən mühüm və təksib olunmaz tarixlərindən biri, Səmavi Kitablarda qeyd
olunan, Həzrəti Nuh dövründə baş vermiş Dünya tufanıdır.
Bu analoji hadisə tez-tez, ardıcıl olaraq baş vermədiyindən, həmin Səmavi Kitablarla
yer üzü insanlarına o Dünya tufanı haqda bilgi verilib. O bilgilərlə, yer həyatının
Həzrəti Adəmdən sonra, yer üzünün ikinci atası, Həzrəti Nuh olduğu bildirilib.
Bununla yanaşı, mətnlərdə Əshabül-Kəhf (yeddi Kimsənələr), Azər oğlu, Həzrət
İbrahim və bu kimi, müxtəlif mühüm informasiyalar da, öz əksini tapıb.
Amma, bunlarla yanaşı olaraq, dünya tufanı ərəfəsində Həzrəti Nuh, ailəsi, və o dövr
sudan xilas olmuş insanların məskunlaşdığı, yaşadığı ərazi və o ərazinin tarixi adı da,
yer üzü insanlarına mə`lum olub.
Bizim, o dövr, coğrafi ərazi adlığımız, (Tufana qədər, tufandan sonra) Bilqamıs
dastanında Həzrəti Nuh dövründə, “Ur”- olduğu qeyd olunur. Bu, Əjdər Fərzəlinin
“Təkrar olunmaz Abidələr diyarı” adlı məqaləsində, “Bilqamıs 1985 s. 8, tərcümə
İsmayıl Vəliyevindir” – ona istinadən qeyd olunub.
Onu da demək yerinə düşər ki, “Ur” – la əlaqədar olan bir çox tarixi adlıqlar
saxlanılmaqda, qalmaqda, işlənilməkdədir. O tufan ərəfəsindən sonra, o dövrün
insanları, Həzrəti Nuh xilası və xilaskarlığını unutmayaraq, həmin Ur ərazisində
Həzrəti Nuha təşəkkürlülük mə`nasında ərazidə bir çox yerləri Onun adı ilə çağırıb,
adlandırmağa başladılar. Bununla bərabər ərazi Nuhun tufandan xilas etdiyi, ərazi
kimi də, xarakterizə olunmağa başladı. Nuh çıxan, Nuxçu-van (van-ərazi) və s.
Maraqlı olan hadisələrdən biri, dünya tufanından xilas olmuş Nuh ailəsi və o dövr
insanlar, su çəkilməyə başlandıqdan sonrakı ərəfədə, yer üzündə, lokal zəlzələlər baş
verməyə başlamasıdır.
Zəlzələlərlə planetimizdə, yeni relyef, yeni qatlar, süxurlar, yüksəkliklər, çökəkliklər,
torpaq sürüşmələri ilə də, müşahidə olunmuşdur.
Çünki yer üzündə yeni həyat şərtləri, yeni dəyişikliklər başlanırdı.