Page 106 - Vahid Rzayev
P. 106
104
İndiki vaxtda, bu ərəfədə, həmin Qaf, Ağrı – dağı, yatıb yuxlamayan ancaq,
“Mürgüləyən”- vulkanik dağlar, sırasına aid olan dağdır.
Dağ – adı, qəribə bir mə`na daşıyıcısıdır. Yə`ni “dağ vurar, dağlayar, yandırar”. Dil,
dilçiliyimiz Kainat ölçü və miqyasında, o qədər zəngin olan bir dildir ki, sözlərimiz
həm özünü, həm də elə, mə`nasının daşıyıcısıdır.
Düzgündür ki, O Ağrı – dağla əlaqədər saysız rəvayətlər, miflər, nağıllar və sonda,”
Əsatir” – yaradılıbdır. Əsatirdə, həmin Ağrı – dağa, Zevs tərəfindən Prometey
zəncirlənib ona görə ki, Prometey “ODU oğurlayıb” - insanlara vermişdir (yenə də, od
- işıq). Qardaşı Herakl isə, onu xilas etmək üçün o Ağrı - dağa üz tutmuşdur, yolda
Qara dəniz ətrafında, Kalxidadan keçərkən, Amazon qızları ilə orada rastlaşıb, sonra
yolunu davam edərək, Qaf dağına, Ağrı – Dağına çataraq, zəncirləri qırıb, qardaşını
oradan xilas etmişdir.
Çünki Bütün tarixi mənbələrdə, Ağrı – dağı, Qaf dağı xilaskar, tufan mərhələsində o
insanlar onun ətrafında xilas oldular,”xilas edər”- kimi, deyərək, bəyan etmək
istəyərək, müxtəlif miflər, rəvayətlər, əsatirlər yaradılıb.
Naxçıvan ərazisinə müxtəlif “bəhanələrlə” edilən, saysız hərbi yürüşlərlə, İşıq
mə`bədlərini, atəşgahları, tarixi abidələri, daş üstü, qaya üstü yazıları dağıtmışlar,
tarixi tikililər məhf edilmişdir, bir çox coğrafi ad, və mə`na daşıyıcılığını, məqsədli
olaraq, dəyişməyə çalışılmışlar.
Tufandan sonra, su tədricən çəkilməyə başlayandan sonra, Həzrəti Nuh Üç oğlunu və
onlarla yanaşı o dövr xilas olmuş insanlardan seçərək, onları ayrı-ayrı müxtəlif
istiqamətlərə göndərdi. Hər bir oğlunun yanında ona uyğun olan, işıq, xeyirxahlıq
daşıyıcılığına inamlı olan, insanları göndərdi. Məqsəd yox idi, ancaq İşıq ərazisindən,
xilas ərazisindən, xilas olunmuş o insanlar, xilas olmağı, xilaskarlığı aparırdılar ki,
yeni həyat, davam etsın.
Hər bir oğlu ata yurdundan, adətləri, mədəniyyətləri, tufandan əvvəl danışdıqları dili,
dilçiliyi, elmi və.s ılə gedirdılər.
Sonrakı dövrlərdə onlardan törəmiş olan nəvələr, nəticələr, elə o hecada, o söz
kökündə danışırdılar və danışdılar da. O dil, dilçilik bu ərazidən, Həzrəti Nuh dili, Zər
dili idi. (Dünya tufanından sonra çox qıssa vaxt ərzində təmamilə yeni, başqa bir dil
tapıb, icad etməyə istəsəydilər də belə, bu mümkünsüz olardı.
Yeni başqa, mükəmməl dil, dilçilik kəşf edilə bilməzdi və buna heç ehtiyac da yox
idi. Dil, dilçilik böyük mürəkkəb bir sistem olduğundan, onu insan istədiyi vaxt,
“istədiyi”-kimi kökündən dəyişmək, başqa cürə sistemləşdirmək qarşısında acizdir.
Sözün, fikrin yönü dəyişilə bilər, amma kökü, hecası dəyişilmir).
Çox sonralar uzaq, ətraf ərazilərdən Ata yurduna, Baba yurduna gələn o törəmələr,
ilkdə olduğu kimi o dildə, o hecada danışırdılar, heç tərcüməçiyə də ehtiyacları yox