Page 101 - Vahid Rzayev
P. 101
99
Bu Dünyamıza, körpənin gəliş başlanğıcı da, Pak ilıq Su ilə!
Bu Dünyadan, Əbədiyyətə qayıdışı da, Pak, ilıq, Su ilə!
Ah çəkməyimiz də, o da küləklə hava ilə, yayılır Qitələrə, Yer üzünə!
Su haqda, nələri bilirik?!
Suyun, nələrini tapıb, nələrə, haralara yüksələcəyik?
Astronomik cihazlar dəyişəcəkdir, Astronomik baxışlar dəyişəcəkdir. Teleskopların iş
prinsipi dəyişəcəkdir.
İşıq gələcəkdir. Bizi əhatə edən Qalaktikaya, işıq zolağı, zərrələr toplumu,
yönəldiləcəkdir.
Bizi əhatə edən, uzaq Kainatda, Planetlərin, işıq yayım tezliyi, öyrəniləcəkdir.
O, Planetlər Güzgünün, əks etdirməsi kimi görünəcəkdir.
Onda, görəcəklər: rəngləri, nəmişlik qədərlərini, istilik, soyuqluq qədərlərini,
zərrələrin toplum halında olub hərəkətlərini görəcəklər.
Uçuşla səfərlər edəcəklər. Bizim, günəş sistemi ətrafında, hərəkətləri, əyrilikləri,
(bucaqları) onda ölçəcək, çox uzaqdan, öz Günəşimizə baxacaq, sevinəcəklər, daha
uzaqlara, uçuşla səfərlər, edəcəklər!
Məsafələri, İşıqla ölçəcəklər. Suyun, Zərrə halını, Suyun Zərrə törədicisini,
tapacaqlar.
Yer Planetindəki, olan Sudan, tapacaqlar!
Suyu, bir daha kəşf edəcəklər. Uzağa, uzun müddətə uçuşa, Yer Planetindən, özləri
ilə, Su Zərrələrini, götürəcəklər.
O, Su zərrələrini, axar suya çevirəcək, içəcək, o su zərrələrini istifadə edib, baxça,
bostan bitkiləri bitirəcəklər. Onunla, qidaları zənginləşdirəcəklər.
Suyu, Suda tapacaqlar. Suyu zərrədə, zərrəsində tapacaqlar. Özləri ilə, uzun müddətə,
uçuş səfərlərinə, lazım olan Suyu, çox az miqdarda, orta həcm tutumunda, özləri ilə
götürəcəklər, özləri ilə daşıyacaqlar.
O, su zərrəsini - 1, 21, 11, 33, 9, 40, əhatəsini tapacaqlar!
O Su, nə Su?
Yer aləmi ilə, onu əhatə edən, Aləmlə, bir Su.
O, Suyun dadı, bulaq suyunun dadı!
O, ekspedisiya iştirakçılarına, daha kosmonavtlar yox, Qalaktikacılar, deyiləcəkdir.
Əgər, Kainatda Zərrələrin, (işıqdan törəyən), nizamlanması, ardıcıllaşdırması,
yoxdursa, onda, iç – içə hallar da, yoxdur.
İç – içə, hallar yoxdursa, hərəkətlər də, yoxdur.