Page 96 - Vahid Rzayev
P. 96

94




                  İnsanların xilası, qara, qalın buludlar arasında günəşə, O İşığa idi.
                  Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında
                  İşığın  olmaması  daha  da  qorxulu  vahiməli  idi.  Bu  “son  gün,  son  gecə”  –  yə
                  bənzəyirdi.
                  Tufan,  yağış  tədricən  sakitləşməyə  başladığca  səmanın  işıqlanması,  buludların
                  çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.

                  Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşğın vaxtı öz haray və səslərini yad edərək
                  günəşi  tufanın  dayanmasına  yaddaş  edərək,  İşığın  görünməsindən  başlanmasını
                  şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər.
                  (K.Brüllovun  “Pompeyin  son  gecəsi”  rəsm  tablosunda  insanın  nə  qədər  ümidsizlik
                  içərisində olduğu təsvir olunub)

                  Həzrəti  Nuh  ailəsi  ilə  yanaşı  xilas  olan  o  insanlar  yaddaşlarında  daha  dərin  bir  iz
                  qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları
                  mühim bir hadisəyə çevrildi.

                  Sonrakı  mərhələlərdə  İşığı  başlanğıc  və  xilas,  Tanrı  hifz  edici,  xilas  edici  kimi
                  yaddaşlarda daha dərin kök saldı.
                  Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o
                  milliyəti, o adətləri bəyan etməklə yanaşı ( dominant) aparıcı bir funksiya daşımaqla
                  xilas olmuş, o insanları Kainata, elmlərə çağırmaqla bir daha “insanlar Kainatın və
                  Yaranışın  bir  parçası  olduğunu”  və  ayrılmaz  olduğunu  bəyanlaşdırdı.
                  Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ
                  arasında xilas ola bildilər. Tufana qədər o ərazinin coğrafi adlığı mövcud idi. Sonrakı
                  tarixi  mərhələlərdə  bu  ərazi  Həzrəti  Nuhun  adı  ilə  bağlı  olan  bir  çox  yeni  ad
                  daşıyıcısına çevrildi.

                  Sonrakı  mərhələlərdə  o  xilas  anını,  ümid  anını  günəş  işığı  ilə  başlanmasını
                  yaddaşlarda  və  günəşə  təşəkkürlülük  rəmzi  olan  dinamik  rəqslə  ifadə  etməyə
                  başladılar.
                  Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq, barmaq –
                  barmaqdan  tutaraq  ritmik  rəqslə  şadyanalıqla  o  hərəkət  dinamikalarını  içra  etməyə
                  başladılar.
                  Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına və onunla
                  üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov
                  kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.

                  Çox  –  çox  sonrakı  tarixi  mərhələlərdə  o  icranı  Yallı  kimi  adlandırmağa  başladılar.
                  Yallı  Həzrəti  Nuh  dövrü  tufanından  sonrakı  mərhələlərdə  ilk  şadlıq  dinamik  rəqsi
                  kimi,  Gəmi  –  qaya,  Ağrı –  dağ,  arasında  Nuhaşan  (Nuraşan) o  əraziyə  məxsusdur.
                  Yallı  janr  kimi  Naxçıvan  ərazisinə  kənardan  gəlməyib.  Yallı  tutmaq,  o  tarixi
                  hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.
   91   92   93   94   95   96   97   98   99   100   101