Page 93 - Vahid Rzayev
P. 93

91




                  Televiziya kanallarından, Meyxanə janrının, müzakirələrini seyr etdikcə, düşünürük:
                  “meyxana - meyxanasa, bəs onda, şərabxanə, nədir?”.
                  Böyük, Meyxanə ustadları, öz şagirdlərinə, göz önündə, dərk edilə bilən, dərs vəsaiti
                  kimi,  (Abşeron  yarımadası)  bir,  meynənin  çubuğunu  göstərərək,  ümumən,  Təbiəti
                  misal  çəkərək,  “fikri,  çubuq kimi  düz  de,  məntiqdə,  qafiyəyə  sığdırıb,  qəfildən  de!
                  Qafiyə  sonluğunu,  “u”,  “ü”-  də  tamamlayaraq,  tərəf  -  müqabilə,  məntiqi  cavabı
                  deməyə  yer  ver!  Meynə  çubuğunda  olan,  xanələr  arası  məsafəyə,  uyğun  de!
                  Meynənin,  xanəsindən  çıxmaq  olmaz,  qafiyə  pozular.  Qafiyə  pozularsa  əgər,  fikir
                  pozular,  “meyxanə”  qafiyələri,  sözlü  yığım  olar.  Məntiqin  ahəngi  pozular”,  deyə  -
                  söyləyiblər.
                  Ö.Xəyyamın, İ.Nəsiminin Rübailərinə, baxaq.

                  Dörd misralı, bu Rübailərdə, dörd misra bir məntiqə, beşinci misranı isə, söyləməyə,
                  nə yer, nə ehtiyac, qalmayıb.
                  Rübai də, sanki, bir meynədə, bir şanədir!

                  Yə'ni ki, meynə çubuğundakı xanələrində, simmetriya pozulmur.

                  M.Nostradamusda da, katrenlər dördlükdədir.
                  Dördlük tamlığın ifadəsidir.

                  Qəzəlxan, Ə.Vahidin Qəzəllərinin hər biri, “Şanənin”, şanəsində, şanə - şanədir.
                  Meyxanə  janrı  da,  meynə  xanələri  arasında,  simetriyaya  uyğundur,  amma,
                  şərabxanadan deyil.

                  Şərabxanada, səslər çox olar, məntiq olmaz, fikir, cəm ola, bilməz.
                  Xalq, Xalqı yarada bilməz.

                  Xalq, Dil yarada, bilməz.

                  Dil, dilçilik, Yaradandandır
                  Kainatlara üz tutub, xitab edənlər, İlkə, Yaradıcıya xitab edənlər, Kainatın Dilində,
                  xitab edərlər!

                  Əgər,  Bəşərin  Dilini  kainatlar  bilmirsə,  əgər  xitablarımız  eşidiləcək,  lakin  dərk
                  edilməyəcəksə, sorğu olacaqsa əgər, cavab orada, “mənim öz dilimdə” dərk
                  edilməyəcəksə, mənə nə sorğu, onda mənə, nə sual?

                  Onda mən orada, nə azad, nə sərbəst adammışam!
                  ...Vəhdət, ahəngdədir, ahəng isə, Məntiqin ifadəsidir!

                  Elə buna görə də: Bəşər, mənim dilim – Kainatın dili!

                  Kainatın dili – Cəm Bəşəriyyətin, Dili!
                  13.08.2015
   88   89   90   91   92   93   94   95   96   97   98