Page 95 - Vahid Rzayev
P. 95

93




                  Azərbaycan  və  Naxçıvan  ərazisi  bir  də  İşıqlar,  odlar  yurdu  kimi  də  yaddaşlarda,
                  tarixlərdə qalıb.
                  İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə,
                  hasilə  (nəticəyə)  gətirməklə  həcm  qədəri  vermə,  məsafələşdirmə,  rəng  bölgüsü
                  (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.

                  Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaq həyatı sürməklə, İşıq anlayışını
                  yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.
                  Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq şərtlərini
                  pozmadan qoruyurdular.

                  Bu  anlayış,  bu  davranış  ərazisini  və  əhalini  hifs  etməklə  yanaşı  onları  elmə,
                  yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

                  Bunlar  ilkin  səbəb  daşıyıcısı  olmaqla  yanaşı  bir  də  xilas  və  xilas  olmaq  idi.
                  Tarixlərdə həzrəti Nuh dövrü tufanı var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən
                  Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilası və xilaskarlığı dövrü var.
                  Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh dövrü tufanına qədər olan
                  mərhələ  mədəniyyətlər,  həzrəti  Nuh  dövrü  tufanı  və  o  mərhələdən  sonrakı  dövr.
                  Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana
                  səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların
                  xilas olmağına səbəb nə idi?

                  Həzrəti  Nuhun  o  tufandan  xilaskarlığı  eyni  vaxtda  o  ərazi  ilə  xilası  idi.
                  Tarixlərdə, səmavi kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı, xilaskarlığın yaddaş
                  daşıyıcısı olmaqla çox önəmli tarixi bir faktdır.
                  Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və
                  əhalisi xilas oldular.

                  Çünki  o  ərazidən  tufana  qədər  də,tufan  ərəfəsində  də  insanlar  İşığı,  Tenqrini,
                  Tanqrını, Tanrını çağırırdılar.
                  Amma  ən  ağır  bir  mərhələ  ondan  ibarət  idi  ki,  dalğaların  hündürlüyü  və  səsi  ilə

                  yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli
                  daha qorxulu idi.

                  Günəşin  görünməməsi  belə  bir  təəssürat  yaradırdı  ki,  xilas  olmaq  mümkünsüzdür.
                  İnsanlar  vahimə        içərisində  səmada         günəş     işığını,   səmtini     axtarırdılar.
                  Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri,
                  bir də İşığa idi.

                  Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi.
                  Səmanın  tədricən  işıqlanması,  tufanla  yağışın  sakitləşməsi,  xilas  olmağa  daha  da
                  böyük inam yaradırdı.
   90   91   92   93   94   95   96   97   98   99   100