Page 94 - Vahid Rzayev
P. 94
92
***
Naxçıvanda “Gəmiqaya”da daş üzərində çox qədim təsvirdən.
Hər bir yaranış məcburiyyətdən yox, zəruriyyətdən yaranır. Hər bir varlıq İlkini dərk
edib axtarmaq istəməsi məcburiyyətdən yox, zəruriyyət üzərindən mövcuddur.Böyük
partlayışdan kainata ilkin səs yaddaşı, söz yaddaşı, ahəng yaddaşı və rəng yaddaşında
bir mütləqlik yaddaş daşıyıcısı oldu.
Başlanğıc nöqtədən ( ekspansiya) sürət başlayır. O başlanğıc nöqtə bütün yaranmış və
yaranacaq olan varlıqlara dayanmayan hərəkət “ Vericidir”. Lakin bir nöqtədən
başlanan başlanğıc ( nəticədə spiral modeli) kainat daxili varlıqların simmetrik
dayanmayan sürətlər ardıcıllığı bərabərliyinə işarədir.
“Spiral” kainat daxili planetlərin biri – biri arasında ardıcıl hərəkət modelidir.
Başlanğıc (ona nöqtə dedilər) həndəsi quruluş, riyazi ardıcıllıq, materiya, fizioloji –
bioloji varlıq deyil. O, ilkin yaradıcı işıq, hər halın ardıcıl hərəkət vericisi başlanğıc
halıdır.
Hər bir “nöqtədən” başlanan başlanğıc O, mütləq olan varlığın bütün
xüsusiyyətlərinin cəm olan məzmuisidir. İlk nöqtə: bütün (cismaniliklərdən uzaq)
varlıqların əvvəli, törədicisi, hərəkət vericisi, idarə edicisi, Mütləq Olan, hərəkətləri,
kütlələri özü nizamlayan və s. İlkin Mütləqdən “İşıqdan” başlanan başlanğıcdır.
Ovalın və daxilinə sığan kainatların yaranmasının ilk halı “bir başlanğıcdan” (bir
nöqtədən yox, başlanğıc zəruriyyətdə davam halıdır) və o başlanğıc istinadı Mütləqin,
mütləqlik Xüsusiyyətinin bir başlanğıc və iç-içə hərəkət halı göstəricisi yaddaşıdır. Bu
“spiral” forması quruluşunda əks olunur.
“Spiral” mə'nası kainat daxili planetlərə verilən ardıcıl hərəkət və iç-içə sürətlərin
ilkin mərhələ halıdır ki, buna “Spiral” dedilər.
Yer üzündə ilk insana mə'lum idi ki, bütün kainat sistemi, qalaktikalar bir işıq varlığı
ətrafında və əhatəsində hərəkətdədirlər. O, quruluş formasını bir simvol olaraq
“nöqtə” kimi işarə edərək onu, ilkin hərəkət verici kimi dərk edirdilər. Onlara o da
mə'lum idi ki, yer planeti də bir işıq (günəş) ətrafında hərəkətdədir. Bu ilk
astronomiya elminin təməlini yaratdı
14.08.2015
***
Həzrəti Nuhla xilas və ərazi
Tarixi mənbələrdən Azərbaycan və şərqlə - qərb arasında yerləşən Naxçıvan bir çox
tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.
Şərqlə - qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı,
tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.